Bakıda tərəvəz satan şəxs döyüldü TƏFƏRRÜAT
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Bakının Nizami rayonunda iki nəfər arasında yaranan mübahisə sonda dava-dalaşla nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Heydər Əliyev prospekti 182A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının qarşısında baş verib.
Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Sərdar səyyar qaydada çiy köftə və tərəvəz satışı ilə məşğul olan Məlikdən (adlar şərtidir – red.) aldığı pomidor-xiyarın pulunu ödəməyib.
Buna görə də Məlik ona iradını bildirib. Bu səbəbdən Sərdar Məlikin ünvanına nalayiq ifadələr işlədib, fiziki zor tətbiq edib. Onun burun nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Koroğlu” metro stansiyasının qarşısında araba ilə çiy köftə satan Məlikdən pamidor-xiyar alıb: “Pulumu ödəməyimə baxmayaraq ödəmədiyimi bildirdiyi üçün başım ilə onun sifət nahiyəsindən vurdum, ona xəsarət yetirdim. Hadisə 2-3 dəqiqə ərzində baş verdi. Əməlimdən çox peşmanam”.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Sərdar 1500 manat məbləğində cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda müğənni döyüldü TƏFƏRRÜAT
28 İyul 2025 21:31
Bakıda qadın əri tərəfindən döyüldü TƏFƏRRÜAT
22 Oktyabr 2025 17:29
Bakıda homoseksual şəxs oğlan tələbəni qaçırdı TƏFƏRRÜAT
24 Aprel 2025 23:49
Bakıda sevgilisi ilə ərinə xəyanət edən qadın döyüldü TƏFƏRRÜAT
06 Avqust 2025 15:06
Sumqayıtda avtobus sürücüsü döyüldü TƏFƏRRÜAT
08 Aprel 2025 13:48
Baxış sayı:113
Bu xəbər 09 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları