Icma.az
close
up
RU
Bakıda Tibb Festivalı başlayıb

Bakıda Tibb Festivalı başlayıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Mayın 6-da Azərbaycan Tibb Universitetinin (ATU) 95 illik yubileyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən Tibb Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə, Özbəkistan və Belarusdan gələn alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı Festival aktual elmi mövzuların müzakirəsinə həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.

Mərasimdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli 95 il öncə bu ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ümummilli Lider Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, ATU-nun inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib: “Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəl, həm də müstəqillik dövründə dəfələrlə Azərbaycan Tibb Universitetində olub. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə universitetimizin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşüb, eləcə də universitetin nəzdində xalqımıza ərməğan etdikləri klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak ediblər”.

G.Gəraybəyli ATU-nun fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb. “Hazırda 1500-dən çox əməkdaşı olan ATU-nun kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərirlər. Universitetdə təqribən 7 min 500 tələbə təhsil alır ki, onların 3 minə yaxını 45 ölkədən olan əcnəbilərdir. Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universiteti ölkədəki ali məktəblər arasında öndə gedir. Bu göstərici həm də universitetimizin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Eyni zamanda, bu gün ATU-nun məzunları dünyanın hər yerində peşəkar həkimlər və alimlər kimi fəaliyyət göstərirlər, ölkəmizi layiqincə təmsil edirlər”, - deyə professor vurğulayıb.

Rektor qeyd edib ki, hazırda ATU “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır: “Həm yerli, həm də xarici ali məktəblərlə əlaqələri gücləndirən Azərbaycan Tibb Universiteti 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Müxtəlif beynəlxalq proqramlar vasitəsilə tələbə və müəllimlərin mübadiləsi uğurla həyata keçirilir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılmasına və rəqəmsallaşmasına, əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU "Tədqiqat universiteti" statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib”.

G.Gəraybəyli qeyd olunan uğurların arxasında bütün kollektivin, o cümlədən müəllimlərin, tədqiqatçıların və tələbələrin fədakar əməyinin dayandığını bildirib: “Biz ATU ailəsi olaraq, gələcəkdə də səhiyyə sistemimizə dəyərli mütəxəssislər qazandırmaq, beynəlxalq akademik mühitdə mövqeyimizi gücləndirmək və elmin inkişafına töhfələr vermək yolunda qərarlıyıq. Sizinlə birgə bu şərəfli yolu getmək bizim üçün böyük fəxr və məsuliyyətdir”, - deyə rektor qeyd edib.

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, tibb elmləri doktoru, cərrah-onkoloq, professor Əziz Əliyev bildirib ki, səhiyyə sahəsi hər bir ölkənin inkişafının və cəmiyyətin rifahının əsas göstəricilərindən biridir: “Ümummilli Lider Heydər Əliyev dövründə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilib, tibbi xidmətin keyfiyyəti və əhatə dairəsi genişləndirilib. Bu uğurlu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Atılan addımlar, həyata keçirilən proqramlar ölkəmizdə səhiyyə sisteminin inkişafına böyük təkan verib”.

Güclü səhiyyə sisteminin təməlində güclü tibb təhsilinin dayandığını bildirən Ə.Əliyev ATU-nun bu sahədə ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olduğunu deyib: “ATU uzun illərdir ki, savadlı və peşəkar həkimlərin yetişdirilməsində böyük rol oynayıb. Universitetin məzunları arasında Azərbaycanın tanınmış alimləri və nüfuzlu həkimləri yer alır. Bu sırada xüsusi olaraq akademik Zərifə Əliyevanın adını qeyd etmək istərdim. O, göz xəstəlikləri sahəsində təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də tanınan alim kimi mühüm yeniliklərə imza atıb”.

Sonra ATU-nun 95 illik tarixindən və bu günündən bəhs edən film nümayiş olunub.

Bildirilib ki, 3 gün davam edəcək Tibb Festivalında təqdim olunacaq məruzələr, panel sessiyaları, interaktiv tədbirlər həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün yeni elmi baxışların formalaşması baxımından faydalı olacaq, tibb elminin və təhsilinin inkişafına dəyərli töhfələr verəcək.

Təntənəli tədbirin davamında Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviçin plenar məruzələri dinlənilib.

Növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Bir neçə məkanda baş tutacaq sessiyalarda daxili xəstəliklər, radiologiya, nevrologiya, klinik mikrobiologiya, pediatriya, epidemiologiya və cərrahiyyə sahəsində yeniliklərə, müasir çağırışlara həsr olunmuş təqdimatlar keçiriləcək, elmi müzakirələr aparılacaq.

Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da keçiriləcək.

Tibb Festivalına mayın 8-də konsert proqramı ilə yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri