Icma.az
close
up
RU
Bakıda Zeytun Festivalı başlayıb

Bakıda Zeytun Festivalı başlayıb

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Bakıda Zeytun Festivalı başlayıb

Azərbaycanda hazırda zeytun yığımı mövsümüdür. Elə bu mövsümdə Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı başlayıb. Oxuminı.az AZƏRTAC-a istınadən xəbər verir ki, oktyabrın 25-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.

Festival ərazisində qurulan pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim olunur.

Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun tədbirin əsas mövzusudur. Festival zeytunçuluq ənənələrinə, yerli məhsullara və bu sahədə çalışan insanların əməyinə diqqət çəkmək üçün gözəl fürsətdir.

Tədbirin yerli sakinlərin və xarici qonaqların sevimli gəzinti məkanlarından biri olan Dənizkənarı Milli Parkın ərazisində təşkili isə zeytun və zeytun məhsullarını daha geniş ziyarətçi kütləsinə tanıtmaq imkanı yaradır.

Üç gün ərzində ziyarətçilərə maraqlı mədəni və əyləncəli proqram təqdim olunur.

Tədbirin birinci gününün əyləncə proqramı DJ Kamonun dinamik ritmləri ilə yadda qalıb.

Üç gün ərzində ziyarətçiləri ləziz məhsullar, canlı musiqi, sənət nümayişləri, uşaq əyləncə zonası, ailəvi istirahət üçün unudulmaz ab-hava gözləyir.

Sabah, oktyabrın 24-də festivalın musiqi proqramı sevilən ifaçı Rilayanın çıxışı ilə başlayacaq. Daha sonra səhnə digər tanımış müğənni Mərdan Kazımovun ixtiyarına veriləcək. Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısına çıxacaq.

Oktyabrın 25-də günorta konserti “Wave band” qrupunun çıxışı ilə açılacaq. Sonra isə musiqi proqramı Teymur Süleymanbəylinin, “Excellent band” qrupunun ifaları ilə davam edəcək. Festivalın sonuncu günü axşam konsertində Azad Şabanov, Zamiq Hüseynov səhnəyə çıxacaqlar. Xalq artisti Aygün Kazımova isə öz ifası ilə festivalın musiqi proqramına yekun vuracaq.

Festival ərazisinə giriş, eləcə də əyləncə və konsert proqramlarında iştirak ödənişsizdir.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Oktyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri