Bakıda tikiləcək yeni parkın layihə sənədlərinə 2,4 milyon xərclənəcək
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən Nəsimi rayonu ərazisində yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Az.Arxitektura” MMC (VÖEN – 6001265561) olub.
Qeyd edək ki, qalib şirkət 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazini əhatə edəcək yeni istirahət parkının layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 2 milyon 387 min 833 manat 84 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Az.Arxitektura” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Binəqədi rayonu, mikrorayon 7, ev 29 A, 1260-cı keçid,1-ci giriş, 1-ci mərtəbə”də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Yeni park salınacaq 2,4 milyon manat xərclənəcək
08 Aprel 2025 16:11
Bakıda yeni stadion tikiləcək
23 Sentyabr 2025 19:08
Zəngəzur layihəsi: 2,4 milyard dollar nəyə xərclənəcək?
23 İyul 2025 13:29
Bakıda 2,4 milyonluq brilliant əməliyyatı Saxlanılan var
18 İyul 2025 12:51
Bu parkın tikintisinə 8,7 milyon manat xərclənəcək
09 Yanvar 2025 05:17
Baxış sayı:142
Bu xəbər 04 İyun 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















