Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Bakıda yeni stadion tikiləcək

Bakıda yeni stadion tikiləcək

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqasında çıxış edən "Şəfa" klubu özünə yeni stadion tikəcək.

İdman.biz xəbər verir ki, bu barədə Sportnet.az-a müsahibəsində klubun prezidenti Sərdar Salmanzadə məlumat verib.

Salmanzadənin sözlərinə görə, stadion tikintisi üçün onlara Bakının mərkəzi hissəsində və qəsəbələrində 5 ərazi təklif olunub. O, yaxın günlərdə seçimlərini yekunlaşdıraraq, stadion tikintisinə başlayacaqlarını söyləyib: "Əlbəttə, qiymətdən asılıdır, qiymət fərqi də var. Stadionun ərsəyə gəlmə müddətini də nəzərə alırıq. Nə istədiyimizi, bizə lazım olan ərazi də təsəvvürümüzdədir. Sadəcə, bizə bir müddət lazımdır ki, müəyyən riskləri nəzərdən keçirərək, fikrimizi konkretləşdirək. Bəli, şəhər daxilində torpaq sahəsi almaq çox çətindir. Hazırda qarşımızda 5 ərazi var. Amma yerlərini açıqlamaq istəmirəm. Kiminlə müqavilə bağlasaq, sizə məlumat verəcəyik. 5 ərazi təklif olunub, seçim edirik".

Klub prezidentinin fikrincə, stadion üçün torpaq tapmaqda problem yoxdur: "İşin içində olan şəxs kimi deyə bilərəm ki, tapmaq olur, var".

O, stadionun layihəsi barədə də danışıb: "Bir ədəd standart ölçülü (105 X 68) meydança, təxminən 5 000 tamaşaçı tutumlu tribuna və skayboks da inşa olunacaq. Stadion Peşəkar Futbol Liqasının bütün tələblərinə cavab verəcək. Oyunçular üçün otaqlar, təcili tibbi yardım dayanacağı, 50-60 maşınlıq parkinq olacaq. Bundan əlavə, rayondan gələn futbolçular üçün yataqxana tikiləcək. Akademiya üçün ayrıca üstübağlı mini-stadion da nəzərdə tutulub ki, hava şəraiti əl verməyəndə orada məşq edə bilsinlər. Tikinti tender vasitəsilə şirkətə həvalə olunacaq. Ot örtüyünün salınması təxminən 2 ay, digər tikinti işləri isə ən azı 6-7 ay çəkə bilər".

Salmanzadə meydançanın örtüyünün süni olacağını da açıqlayıb: "Bir neçə meydança tikmək fikrimiz var. Birinci meydançanın örtüyü süni olacaq. Lakin keyfiyyətli örtük döşənəcək. Bakı ətrafında gördüyüm keyfiyyət istənilən səviyyədə deyil. Burada tam başqa olacaq. Artıq danışıqlar aparılır, müəyyən xırdalıqlara da varırıq. Avropa təcrübəsindən yararlanaraq, meydançanı salacağıq. Orada akademiya da, əsas komanda da oynaya biləcək. Bir qədər peşəkarlaşdıqdan sonra ətraf ərazilərə də baxış keçirərək, təbii örtüyə üstünlük verəcəyik".

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Sentyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri