Bakıda tıxacın qarşısını almaq üçün ən effektiv üsul
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Biləcəri dairəsinin yükünü azaltmaq üçün iki estakada həll ola bilər”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, düzgün təşkil olunarsa, bu infrastruktur Yeni Yasamalın nəqliyyat əlçatanlığını da artıra, dairədəki qarışıq hərəkət manevrlərini azaltmağa kömək edə bilər:
“Dairəvi yolda geriyə dönmənin təşkili üçün iki estakadanın inşa edilməsi Biləcəri dairəsində hərəkət axınlarının ayrılmasına və dairənin üzərindəki yükün azalmasına imkan verə bilər. Dördpendirli pizza
Bu həll xüsusilə Avtovağzala gələn və oradan çıxan regional avtobuslar üçün əhəmiyyətlidir. Avtobusların şəhər daxilində əlavə tıxaclara düşmədən daha qısa marşrutla Avtovağzala daxil olub-çıxması təmin edilə bilər.
Digər tərəfdən, düzgün təşkil olunarsa, bu infrastruktur Yeni Yasamalın nəqliyyat əlçatanlığını da artıra, dairədəki qarışıq hərəkət manevrlərini azaltmağa kömək edə bilər.
Burada əsas məsələ sadəcə yeni yol tikmək deyil. Mövcud yol şəbəkəsində hərəkət axınlarını necə daha səmərəli bölə bilərik? Məncə, layihələndirmə mərhələsində bu variant mütləq nəqliyyat modelləşdirilməsi ilə qiymətləndirilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 22 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















