Bakıda tıxacın yaranmasına kənddən gələn insanlar səbəb olurlar Zahid Oruc
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Demokrat.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında çıxışı zamanı deyib.“Bakıda tıxaclar çox ciddi problemlərə yol açır, nəticə etibarı ilə işçi ilə işəgötürən arasında problemələrə gətirib çıxarır”.
O, tıxaca görə toplantıya gecikdiyini söyləyib:
“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir. Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, Bakıda tıxacın qarşısının alınmasının ən yaxşı variantı bölgələrə, kəndə qayıdış proqramlarının hazırlanaraq həyata keçirilməsidir.
Onun sözlərinə görə, kənddən gələn insanlar Bakıda tıxacların yaranmasına səbəb olurlar:
“Tıxacların yaranma səbəbinə baxsaq görərik ki, əksəriyyəti kənd rayonlarından gələn insanlardır. Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Əhalinin axını oradan gəlir”.
Problemin həlli yollarını təklif edən komitə sədri deyib: “Həll yolları sadədirmi? Xeyr, amma buna cəhd eləmək lazımdır. 3, 5, 7 ildən sonra nəticələrini verəcək. Biz hər zaman bunu söyləyirik: Bölgələrdə elektrik enerjisinin tarifini 3 dəfə azaldacaqsan.
Qaz – əgər o kənddə mövcuddursa – onu 3 dəfə azaldacaqsan. Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır. Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır.
İpotekanı bölgələrdə verəcəksən. Emal müəssisələrini vergidən tam azad etmək lazımdır. Bu sahədə sıfır vergi siyasəti həyata keçirilməlidir. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əməkhaqqını bir neçə əmsal artıracaqsan. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur”.
Z.Oruc əlavə edib ki, əgər bölgələrdə poçtlar, tibb məntəqələri bağlanırsa, bu məktəblərin də qapısına qıfıl vurulması təhlükəsini yaradır: “Bu halda kəndin özünün varlığı sual altında qalır”.
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Zahid Oruc: “Kənddən gələn insanlar Bakıda tıxac yaradırlar”
21 Sentyabr 2026 12:18
Zahid Oruc: “İnsanlar kənddən mərkəzə doğru can atır”
12 İyun 2026 14:35
Bakıda tıxacın səbəbi kənddən gələnlərdir? VİDEOSORĞU
23 Sentyabr 2026 11:09
İndi İrəvanın taleyi Bakıda həll olunur Zahid Oruc
08 İyul 2025 11:20
Gələn il qiymətlər artacaq? Zahid Oruc SORUŞUR
19 Noyabr 2025 15:31
Baxış sayı:117
Bu xəbər 21 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















