Icma.az
close
up
RU
Zahid Oruc: “İnsanlar kənddən mərkəzə doğru can atır”

Zahid Oruc: “İnsanlar kənddən mərkəzə doğru can atır”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

““Dövlət büdcəsinin icrası haqqında” hesabat idarəçiliyin səmərəliliyini qiymətləndirmək üçün mühüm sənəddir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib.

Deputat xatırladıb ki, 2025-ci il Azərbaycan üçün mürəkkəb beynəlxalq şəraitdə keçib:

“Dünyada müharibələrin davam etdiyi, enerji bazarlarında qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə ölkəmiz maliyyə sabitliyini qoruyub saxlayıb, büdcə gəlirlərini təmin edib və sosial öhdəliklərini yerinə yetirib. Prezident İlham Əliyevin ötən il Qarabağ Zəfərinin legitimliyini Vaşinqton Zirvəsində tanıtdırması tarixi nailiyyətdir”.

O qeyd edib ki, parlamentin vəzifəsi uğurları göstərməklə bərabər, problemləri və həll yollarını da irəli sürməkdir:

“Dövlətin iqtisadi gücü ümummilli məhsul istehsalı və dəyər yaratması ilə ölçülür. Son on ildə ölkəmizin idxalında ciddi struktur və coğrafi dəyişiklik baş verib. 2015-ci ildə idxal 9 milyard dollar idisə, 2025-ci ildə göstərici 18 milyard dollar səviyyəsinə yüksəlib, yəni on il ərzində idxal iki dəfə artıb.

Eynilə, idxalın coğrafiyası da dəyişib. Əgər 2015-ci illərin əvvəlində idxalda əsas payı regional dövlətlər - Rusiya, Türkiyə və Avropa Birliyi təşkil edirdisə, indi Çin idxalda 8 milyard manatlıq payla lider mövqeyə yüksəlib. 

Yəni ölkəmizin ümumi idxalının təxminən 25 faizi – konkret deyilsə, ölkəyə gətirilən hər dörd məhsuldan biri Çin mənşəlidir.
İdxalın strukturuna baxdıqda əsas yeri nəqliyyat vasitələri və avtomobillər - təxminən 2-3 milyard dollar, maşın və sənaye avadanlıqları - 2 milyard dollardan çox, elektronika və məişət texnikası - 1.5 milyard dollar civarında, dərman preparatları - 1 milyard dollara yaxın tutur.

Məhsulların böyük hissəsi ölkəmizdə istehsal və ya montaj edilə bilər. Prosesin sosial-iqtisadi tərəfləri də var. Bazarda yüksək standartlı Avropa məhsulları ilə müqayisədə keyfiyyəti aşağı olan mallar artıb. Yəni tələbin əsas hissəsi ucuz məhsullara yönəlir, keyfiyyət və istehlak meyarları dəyişir”.

Z.Oruc əlavə edib ki, əhəmiyyətli hissəsini ölkədə istehsal etməyə mane olan əsas amil investisiyalara əlçatanlığın qeyri-bərabərliyi və xariic bazarlara çıxışın məhdudluğudur:

“Hesabatda kənd təsərrüfatına ayrılan 1.203,8 milyon manat vəsaitin 50 milyon manatı investisiya xərclərinin payına düşdüyü göstərilir, yəni ümumi kənd təsərürfatı xərclərinin 4,2 %-dir.

Ona görə də artım cəmi 0,9 % oldu, proqnoz 3,4 % idi. Lakin bir daha Sovet dönəminin statistikasına qayıdaq: 1980-ci illərdə minlərlə kənd, öz məktəbi, xəstəxanası, enerji infrastrukturu ilə fəaliyyət göstərirdi. Qəsəbələşmə və böyük şəhərlər siyasəti onun nəticəsində formalaşırdı. 

Ona görə də Prezident kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiyaya xüsusi vurğu etdi. İnsanlar kənddən mərkəzə doğru can atır, məktəblər, tibb məntəqələri istifadəsiz qalır, min hektarlarla həyətyanı sahələri Sovet dövründəki kimi aktiv becərilməni gösləyir, əvəzində paytaxtda tunel və yol qovşaqlarına, əmək və mənzil bazarına daha çox vəsait xərclənir.

Niyə belə olur? 

Çünki sərhəd kəndlərindəki tarif siyasəti əhalini  daha çox orada saxlamağa imkan verməlidir. Elektrik, qaz, su, internet tariflərini bir neçə dəfə azaltmaqla ilin 6-8 ayını soyuq iqlimdə keçirən dağ və sərhəd kəndlərində həyat şəraitini dəyişdirmək olar.

Bir kənddə yaşayan sadə fermerlə Bakıda işləyən ofis işçisi eyni kommunal tarif ödəyirsə, onda paytaxtda kirayə və əmək bazarında qeyri-mütənasiblik davam edəcək.70-ci illərdə Ulu Öndər Heydər Əliyev elmi-texnoloji inkişafa və tədqiqatlara birinci məsələ kimi baxırdı.

10 il ərzində elmi-istehsalat birliklərinin sayı 70 dəfə, elm xərcləri 4 dəfə artmışdı; elektron sənayesinin əsasını təşkil edən çip və yarımkeçiricilər üzrə OZON Elmi İstehsalat Birliyi cəmi 5-6 respublikada vardı. 90-cı illərdə onları məhv etdilər.
2025-ci ildə elm xərcləri 1980-ci illə müqayisədə təxminən 4 dəfə, əhalinin hər 10 000 nəfərinə düşən elmi işçilərin sayı 3 dəfə, patentlərin sayı 15 dəfə azalıb.

1980-ci ildə elm xərclərinin həcmində İsraili Azərbaycanla müqayisə edəndə 2 dəfə fərq var idi, 2025-ci ildə isə fərq çox böyükdür. Elm sahəsində ən mühüm göstərici alimlərin orta aylıq maaşı, laboratoriya bazalarının beynəlxalq standartlara uyğunluğu, xaricə beyin axınının azaldılmasıdır”.

O vurğulayıb ki, Azərbaycan dövləti Vətən müharibəsini son model hərbi texnoloji nailiyyətlərlə və qabaqcıl elmlə qazanıb:

“Ali Baş Komandan İlham Əliyevin Akademiyanın 80 illiyində qarşıya qoyduğu strateji elmi vəzifələrə ayrılacaq milyardlarla manat vəsait ÜDM-də indiki 0.15 faizlik səviyyəni aşmağa nəhayət imkan verər, ölkəmizin hərbi-siyasi və iqtisadi gücünü qat-qat artırar.

Parlaq Qələbəmizə səbəb olan elmimizi də zəfərə çatdırmaq üçün büdcə ayırmalarının ÜDM-dəki payının 2030-a qədər 1.0%-ə çatdırılacağına inanırıq.

Böyük Qayıdışın və yeni Vətən quruculuğunun davam etməsi dövlətimizin ötən və davam edən ilin ən böyük uğurlarıdır. Layihəyə müsbət səs verəcəyik və hökumətə uğurlar aruzlayırıq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri