Icma.az
close
up
RU
Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri AÇIQLANDI

Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri AÇIQLANDI

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bakıda tıxacların səbəbləri deyildikdə adətən yol infrastrukturundan, avtomobil sayının çoxluğundan və parklanma problemlərindən danışılır.

BAKU.WS-in məlumatına görə, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev problemə fərqli rakursdan yanaşaraq diqqətçəkən bir məqama işarə edib.

Onun sözlərinə görə, paytaxtda yol sıxlığının görünməyən, lakin ən real səbəblərindən biri elə idarəetmə mədəniyyətindəki köhnə yanaşmalardır.

Ekspert bildirir ki, Bakıda minlərlə insan hər gün yalnız bir kağız imzası, bir izahat, bir təsdiq və ya qısa bir sorğu üçün evindən çıxır. Halbuki bu proseslər artıq illərdir ki, rəqəmsallaşdırılıb və fiziki get-gələ heç bir ehtiyac yoxdur:

"Rəqəmsal həllərin tıxaca təsiri böyükdür, amma hələ də tam istifadə etmirik. Rəqəmsal kanallar formallıqdan çıxıb real icra mexanizminə çevrilməsə, nə yol şəbəkəsinin genişləndirilməsi, nə də yeni nəqliyyat xətləri tıxacları istənilən səviyyədə azalda biləcək.

Şəhərdə hər kəsin səfərinin bir məqsədi var. Amma bu səfərlərin çoxu əslində rəqəmsallaşdırıla bilən xidmətlərə görə baş verir. Vətəndaş evindən, iş yerindən çıxmadan telefon, WhatsApp, rəsmi yazışma və onlayn çat vasitəsilə məsələsini həll edə bilməlidir. Kanallar var, amma çox hallarda vətəndaş yenə də fiziki ünvana yönləndirilir. Bu isə həm vaxt itkisi yaradır, həm əsəbləri tükəndirir, həm də şəhərin üzərinə əlavə trafik yükü qoyur".

Ekspert vurğulayır ki, problem sistemin özündə yox, istifadə mədəniyyətindədir:

"Əgər xidmətlər rəqəmsallaşıbsa, imzalar elektronlaşıbsa, niyə problemlərin idarə olunması hələ də köhnə metodla aparılır? Minlərlə insan hər gün yalnız bir sənəd üçün yola çıxır. Sovetdən çıxsaq da, sovet bizdən hələ də çıxmayıb".

Ağamirzəyevin sözlərinə görə, tıxacları azaltmağın ən sürətli və ən ucuz yolu məhz idarəetməni fiziki yönləndirmədən rəqəmsal həllə keçirməkdir. Ekspert real rəqəmsallaşmanın əsas şərtlərini belə sadalayıb:

Vətəndaşa "gəlin" yox, "buradan həll edək" deyilməsi

Onlayn kanalların formal deyil, funksional olması

Qurumlarda idarəetmə mədəniyyətinin yenilənməsi

Xidmətlərin yalnız texniki deyil, ideoloji olaraq da rəqəmsallaşması.

Ekspert hesab edir ki, bu dəyişikliklər baş versə, minlərlə insanın hər gün yola çıxmasına ehtiyac qalmayacaq və nəticədə tıxac yükü hiss olunacaq dərəcədə azalacaq.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri