Icma.az
close
up
RU
Bakıda tıxacların yaranmasının 3 SƏBƏBİ

Bakıda tıxacların yaranmasının 3 SƏBƏBİ

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hər hansı intensiv küçədə güclü tıxac yarandığı zaman Dövlət Yol Polisi əməkdaşları həmin vətəndaşların rahat şəkildə o tıxacdan çıxa bilməsi üçün bunun qarşısını almağa çalışırlar".

Bu sözləri BAKU.WS-ə Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.

Baş inspektor əlavə edib ki, sutka ərzində Bakının şimal və cənub qapısından paytaxta 250-300 minə yaxın avtomobil daxil olur:

"Bu qədər avtomobilin paytaxt ərazisində hərəkətdə olması hər bir halda tıxacın yaranmasına gətirib çıxarır. Tıxaclar təkcə bizim ölkəd və paytaxt ərazisində deyil, başqa ölkələrdə müşahidə olunur. Türkiyə, Rusiya və Avropa ölkələrində də oxşar problemlər yaşanır. Amma əsas məsələ odur ki, tıxacların aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən ictimai nəqliyyata üstünlüyünün artması üçün addımlar atılmalıdır.

Bakıda tıxacların yaranmasına səbəblərdən biri də avtomobillərin nasaz şəkildə yolun hərəkət hissəsində qalması, dayanma-durma qadağan olunan yerdə avtomolillərin park edilməsidir. Bəzən hərəkətin intensiv olduğu bir küçədə süni şəkildə tıxac yaranr. Bunu araşdıranda məlum olur ki, avtomobil yolun hərəkət hissəsində nasaz formada qalıb. Bu da tıacın yaranması ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdarəsi olaraq hər zaman sürücülərə bildiririk ki, avtomobilinizi mütəmadi olaraq yoxlamalardan keçirin və diqqət mərkəzində saxlayın. Nəzərə alın ki, bu formada avtomobil idarə etmək həm qəzaya, həm eləcə də tıxacın yaranmasına səbəb yaradır. Nəticədə digər sürücülərin haqlı narazılığına səbəb olur.

Digər məsələ isə dayanma-durma qadağandır işarəsi olan yerdə sürücülərin öz avtomobillərini saxlamasıdır. Halbuki həmin sürücü öz avtomobilini parkinq yerində saxlayaraq bu cür qayda pozuntusu və tıxacların yaranmasına səbəb olmaya bilər. Piyada 5 dəqiqə məsafə qət etmək istəməyən bəzi sürücülər nəticədə yollarda tıxacların yaranmasına şərait yaradırlar.

Tıxacların yaranmasına səbəb olan digər hal avtomobillərin yolun hərəkət hissəsində qəzaya uğraması olur. Sürücülərdən heç biri avtomobillərini yolun kəna, hərəkətsiz hissəsinə çəkmirlər. Gözləyirlər ki, Dövlət Yol Polisi və sığorta əməkdaşı gəlsin. Amma nəzərə almırlar ki, həmin yerə Dövlət Yol Polisi və sığorta əməkdaşları avtomobillə gəlir və orada güclü süni tıxac yaranır. Nəticədə isə digər sürücülər əziyyət çəkir".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri