Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Bakıda tramvay xətləri bərpa olunacaq

Bakıda tramvay xətləri bərpa olunacaq

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi dəyişikliklər olacaq, çünki Bakının gələcəyi ilə bağlı yeni böyük layihələr var. "Böyük Bakının Regional İnkişaf Planı” təsdiqləndikdən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.   BAKU.WS-in məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir APA TV-yə açıqlamasında bildirib ki, 2030-cu ilə qədər Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin  prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək.   Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.   Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri Aydəmirin sözlərinə görə, "Böyük Bakının Regional İnkişaf Planı” Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış saziş müqaviləsi əsasında işlənib hazırlanıb. Layihə 2014-cü ilin sonunda təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. "Böyük Bakının Regional İnkişaf Planı” iki mərhələdən ibarətdir. Birinci Böyük Bakının Regional İnkişafı , ikinci isə Bakının ərazilərinin istifadə və zonalaşdırma planı"dır.   "Böyük Bakının Regional İnkişaf Planı” layihəsində paytaxtın iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər əksini tapıb. Belə ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı metrosunun genişləndirilməsi və "Ağ şəhər” layihəsinin həyata keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.   Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında "İstirahət sağlamlıq kompleksi”nin tikilməsi layihənin əsas tərkib hissəsidir.   "Böyük Bakının Regional İnkişaf Planı” Sumqayıt, Abşeron rayonunun bir hissəsi Xırdalan şəhəri daxil olmaqla Bakının ərazisini əhatə edir. Bu layihələrin hər ikisi  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənilib. 2014-cü ildə artıq hökumətə təqdim olunub. Bu daha çox konseptual, dövlət proqramlarının qəbul olunması üçün, müxtəlif proqram və tədbirlərin həyata keçirilməsi üçün işlənilmiş bir sənəddir. Planda şəhərin perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.   Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri "Sovetski” adlanan məhəllədə aparılır. Bundan əlavə "Xutor”, "Kubinka”, "Beşmərtəbə” adlanan zona və "20-ci sahə”də söküntü işlərinin aparılacağı gözlənilir.   "Böyük Bakının Regional İnkişaf  Planı”na əsasən, "Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.   Fəxri Aydəmir qeyd edib ki, "Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Komitə rəsmisinin sözlərinə görə, ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Komitə rəsmisinin sözlərinə görə, köçürüləcək universitetlərin adları hələ bəlli deyil: "Bu, hələlik bir təklif formasındadır. Sonrakı mərhələdə köçürüləcək universitetlərin adları da məlum olacaq. Bundan əlavə zərərli sənaye zonasının paytaxtdan kənara, daha doğrusu Qaradağ rayonuna köçürülməsi nəzərdə tutulub. Planda Bakı şəhərindəki köhnə məhəllələrin sökülməsi ilə bağlı təkliflər öz əksini tapıb. Konkret ünvanlar haqqında danışmaq hələ tezdir. Nazirlər Kabinetinin sonuncu qərarı ilə son üç rayonun adı, əhalinin sayı və hansı əraziyə köçürülməsi artıq bəllidir. Söhbət  Binəqədi, Sabunçu və Qaradağ rayonlarının ərazisindən gedir. Bu pilot layihə 5 il müddətinə icra olunacaq".   Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. "Böyük Bakının regional inkişaf planı”nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək. BAKU.WS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Dekabr 2025 05:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri