Icma.az
close
up
RU
Bakıda tramvay xətləri bu yollarda çəkiləcək, trolleybuslar isə...

Bakıda tramvay xətləri bu yollarda çəkiləcək, trolleybuslar isə...

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhərində tramvay və trolleybusların fəaliyyətinin bərpası zaman-zaman müzakirə olunan mövzulardandır. Tramvayların bərpası prosesi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında da əksini tapıb.

İnsanlar arasında trolleybusların bərpasını vacib hesab edənlər də, buna ehtiyac qalmadığını düşünənlər də var.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakıda trolleybusların fəaliyyətinin bərpasına ehtiyac olmadığını deyib: “Trolleybusların yerini hazırda elektrobuslar tutur. Trolleybusun fəaliyyətinin bərpası ekolji cəhətdən təmiz nəqliyyat vasitəsi olduğu üçün arzulanırdı. Bunu da artıq elektrik mühərrikli avtobuslar əvəzləyib. Tramvay isə daha çox sərnişin götürdüyü, rels üzərində hərəkət etdiyi, qrafikdən kənarda qalmadığına görə şəhərlərdə əhəmiyyətli nəqliyyat vasitəsi hesab oluna bilər. Buna görə də nəinki Bakı şəhəri, ölkənin digər şəhərlərində də tramvayların olmasının tərəfdarıyam”.

Ekspert bildirib ki, əsas məsələ həmin tramvayların dekorativ xarakter daşımamasıdır: “Tramvayları ancaq turistlər üçün etməməliyik. Bu nəqliyyat vasitəsi rentabelli marşrutlardan keçməli, şəhər əhalisinə və qonaqlara xidmət göstərməlidir. Yəni, tramvay xətlərinin çəkilməsi mümkündür və bu məsələ Bakı şəhərinin Baş Planında da öz əksini tapıb. Prosesi daha da sürətləndirmək olar”.

Tramvayların konkret olaraq, Bakı şəhərinin hansı ərazilərində çəkilməsinin mümkünlüyünə gəlincə isə ekspert bildirib ki, iri prospektlərdə, şosse yollarında çəkilə bilər: “Tramvay xətləri vətəndaşların konkret evdən işə gedən marşrutları üzərində ola bilər. Elə yerlərdə çəkilməlidir ki, mövcud yol infrastrukturuna xələl gətirməsin və digər hərəkət iştirakçılarına mane olmasın.

Bakı şəhərinin kənar rayonları, qəsəbələri var. Hövsan, Biləcəri və s. Ziya Bünyadov küçəsi boyunca “Koroğlu” metrostansiyasına qədər tramvay xəttinin çəkilməsi realdır”.

(tns)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri