Icma.az
close
up
RU
Bakıda subasma problemi olan ərazilərdə yeni kanalizasiya xətləri çəkiləcək

Bakıda subasma problemi olan ərazilərdə yeni kanalizasiya xətləri çəkiləcək

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakıətrafı kənd və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan və Hövsan qəsəbələrini əhatə edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat verib.

Bildirilib ki, bəzi ərazilərdə mövcud kanalizasiya şəbəkələri düzgün istismar olunmur:

"Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşan əhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı, həmin şəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərə müxtəlif məişət tullantıları atılır. Bütün bu problemlərin qarşısının alınması məqsədilə iri şəhərlərin ərazilərində yeni, müasir tələblərə cavab verən tullantı su şəbəkələrinin qurulması nəzərdə tutulur. Konkret olaraq, su təchizatının və tullantı sularının idarə edilməsinin vətəndaş məmnuniyyətini yüksəldəcək səviyyədə təşkil olunması ilə bağlı İlham Əliyev tərəfindən Dövlət Proqramı imzalanıb".

İlkin mərhələdə işlərə hansı ərazilərdən başlanacağı məsələsinə də aydınlıq gətirilib:

"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına və yenilənməsinə imkan verəcək. Bu çərçivədə yeni kollektorlar və nasos stansiyaları tikiləcək, mövcud xətlərin buraxılış qabiliyyəti artırılacaq. Nəticədə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".

Qeyd olunub ki, yaşayış binalarında istismar müddəti başa çatan tullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Dövlət Proqramının tələblərinə uyğun olaraq bu işlər gələcəkdə daha genişmiqyaslı və intensiv şəkildə davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2026 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri