Icma.az
close
up
RU
Bakıda türkiyəli rəssamın sərgisi açılıb

Bakıda türkiyəli rəssamın sərgisi açılıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 18-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb.

SİA xəbər verir ki, tədbirdə çıxış edən rəssam Ayfer Akbaşoğlu sərginin onun yaradıcılığında maraqlı iz qoyacağını bildirib.

Onun sözlərinə görə, rəsmlərin hər biri həyat hekayəsidir.

Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib: “Sərgidə təxminən 40-a yaxın rəsm əsəri nümayiş olunur. İnsan hisslərinin ifadəsi olan bu rəsmlər Qərbi Azərbaycan məsələsinin aktuallığını qoruması baxımından da əhəmiyyətlidir".

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, bu sərgi Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir. “Sərgi, digər ölkələrdə yaşayan icma üzvlərinin və Türkiyə sənət adamları arasında əlaqələrin qurulması məqsədilə təşkil olunub. Sərginin “İnsan hekayələri” adlandırılması da təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunub. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunub. Bu gün Ayfer Akbaşoğlunun Bakıda ilk sərgisi açılır. Akvarel və ya yağlı boya ilə işləmək bir rəssam üçün xəyal qurmaq, xəyalları sənətə çevirmək, insanın ruhi varlığını kəşf etmək deməkdir. Bu, yaradıcılığın əsasını təşkil edir. Sərgidə təqdim olunan bir çox əsərdə Qərbi Azərbaycandan zorla çıxarılan insanların taleləri əks olunub. Aparılan bu işlərin nəticəsində ümid edirəm ki, bu mövzu sənət adamlarının daim diqqətində qalacaq”,- deyə o əlavə edib.

Xalq rəssamı Natiq Əliyev bu mövzunun çox vacib olduğunu söyləyib. “Mən çox şadam ki, Türkiyədən olan həmkarımız Qərbi Azərbaycan məsələsinə toxunub və bu həqiqətləri sənət dili ilə çatdırıb”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi aprelin 24-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see252

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see242

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see237

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see184

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see179

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see177

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see172

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see170

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see169

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see164

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see150

Almaniya Ukraynanın veteranlarına əlavə 3 milyon avro ayıracaq

23 Avqust 2026 02:45see147

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see147

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see145

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see143

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see143

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri