Icma.az
close
up
RU
Bakıda türkiyəli rəssamın sərgisi açılacaq

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Tarixi-memarlıq abidəsi olan doğma İçərişəhərimizin ərazisində fəaliyyət göstərən “Bakı” Rəsm Qalereyası öz fəaliyyətini Azərbaycan və dünya mədəniyyətinin, incəsənətinin, xüsusilə təsviri sənətinin təbliği istiqamətində qurub. Hər zaman fırça ustalarına yeni yaradıcılıq imkanları yaradan qalereya növbəti sərginin açılışına hazırlaşır. Noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Bu barədə AZƏRTAC-a qalereyanın rəhbəri, istedadlı rəssam Eldəniz Babayev məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dək davam edəcək sərgidə türkiyəli rəssamın 80-dək yağlı boya, sulu boya, xəttatlıq nümunələri nümayiş olunacaq. Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğuma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə xanım yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirəcək.

Qeyd edək ki, Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. O, Antalya Akdeniz Universitetinin inşaat mühəndisləri fakültəsini bitirib.

Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə rəssamın əsərləri İstanbulda “Camal Rəşid Rəy” sərgi salonunda nümayiş etdirilib.

2004-cü ildən Zəkiyə xanım Bakıya gələrək Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizovdan sənət dərsləri alıb. 2009-cu ildə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri