Icma.az
close
up
RU
Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub FOTO

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, qəbulda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın ictimai-siyasi xadimləri, media nümayəndələri iştirak edib. Tədbirin açılışında hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə göndərdiyi mesajı oxuyub.

Keçirilən tədbirə göndərdiyi mesajda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, 30 Avqustda qazanılan böyük Zəfər qurtuluş yolumuzun mənzili olub: “Qazi Mustafa Kamal Atatürk 30 avqust Zəfər Bayramının əsas ünsürünün - millətimiz, millətimizin iradəsi və Qəhrəman Ordumuz olduğunu qeyd edib. 86 milyonun bütün fərdləri olaraq gələcəyin Türkiyəsini birlikdə inşa etməyə çalışırıq. Terrordan xilas oluruq. Digər tərəfdən bölgəmizdə sərhədlərin qanla yenidən çəkilməsi istənilən - Qəzza və Fələstində ən dəhşətli dövrdən keçirik. Türkiyə olaraq, hər zaman məzlumun yanında olacağıq”.

Səfir Birol Akgün də Azərbaycan-Ermənistan arasında davamlı sülhə doğru atılan addımlardan bəhs edib.
Tədbirdə iştirak edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türk Silahlı Qüvvələrinin rəhbərliyində olan yeni təyinatlardan danışıb: “Əminəm ki, bu, hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək”.

Kərim Vəliyev daha sonra Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı, son görülən işlər barədə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri