Icma.az
close
up
RU
Bakıda Ukraynadan 1 xal qoparsaq da... Samir Əliyev

Bakıda Ukraynadan 1 xal qoparsaq da... Samir Əliyev

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığmasına 0:3 hesabı ilə məğlub olan Azərbaycan millisi sabah Polşada Ukrayna seçməsi ilə üz-üzə gələcək. Millinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb Krakov şəhərində reallaşacaq qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bakıda bu rəqibdən 1 xal "qoparsaq" da, millimizi Krakovda çox çətin oyun gözləyir. Ukrayna yığması Bakıdakı nəticənin təsadüfi olduğunu sübut etməyə çalışacaq. Onlar ağır İslandiya səfərindən 5 qol vuraraq (5:3) qalib qayıdıblar. Bu nəticə ilə həm də Sergey Rebrovun komandası olduqca vacib özünəinam qazandı. Digər tərəfdən, ukraynalılar İslandiyanı yenərək qrupun turnir cədvəlində mövqelərini də yaxşılaşdırıblar. Rəqib sabahkı matçda bizi də məğlub etməyi və qrupda ikinci yeri tutmaq yolunda ciddi addım atmağı hədəfləyib. İslandiya yığması öz növbəsində Fransa ilə qarşılaşacaqsa, təbii ki, bu komandanın xal ehtiyatını artırmaq şansı azdır. 

Millimiz güclü Fransa ilə səfər matçında çox enerji xərcləyib. O qarşılaşmadan 3 gün sonra daha bir güclü komanda ilə üz-üzə gəlmək futbolçularımıza fiziki planda əlavə çətinliklər yarada bilər. 

Ukrayna millisinin vingeri Georgi Sudakovun zədə səbəbindən bizə qarşı oynamayacağına gəlincə, İslandiya ilə oyundan sonra Rebrov da onun vacib fiqur olduğunu vurğuladı. Amma bir məqamı da nəzərə alaq ki, Sudakov islandlarla görüşdə zədələnərək meydanı tərk edəndə hesab 1:1 idi. Sonradan daha 4 qol vurub qələbə qazandılar. Bu da onu göstərir ki, Ukrayna millisində keyfiyyətli futbolçuların sayı çoxdur və bir-iki oyunçunun yoxluğu böyük ölçüdə nəyisə dəyişməyəcək".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri