Icma.az
close
up
RU
Ayaks uğursuz seriyaya Bakıda son qoymağa çalışacaq Samir Əliyev

Ayaks uğursuz seriyaya Bakıda son qoymağa çalışacaq Samir Əliyev

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Ölkəmizi UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurla təmsil edən "Qarabağ" növbəti oyununu dekabrın 10-da "Ayaks"a qarşı keçirəcək. Turnirin 6-cı turu çərçivəsində Bakıda baş tutacaq qarşılaşma ərəfəsində Azərbaycan millisinin sabiq hücumçusu samir Əliyevlə əlaqə saxlayıb Niderland nəhəngi ilə matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əvvəlki müsahibələrimdə də demişəm ki, Çempionlar Liqasında zəif rəqib olmur. Əlbəttə, pley-offa yüksəlmək üçün qələbə hava və su kimi lazımdır. Təbii ki, "Ayaks" hazırda heç də yaxşı günlərini yaşamır. Ancaq bütün hallarda, "Qarabağ" zəngin tarixə malik rəqiblə, Niderland futbolunun flaqmanı ilə üz-üzə gələcək. "Ayaks" dünya futboluna ulduzlar bəxş etmiş, Çempionlar Liqasını qazanmış klubdur. Yəni rəqibin adı belə, çox şey deməkdir. Üstəlik, Bakıdakı oyuna xeyli sayda niderlandlı azarkeşin də gələcəyi gözlənilir. Bildiyiniz kimi, hələ Çempionlar Liqasında xal qazana bilməyən "Ayaks" uğursuz seriyaya Bakıda son qoymağa çalışacaq. Qonaqların heyətində ciddi itkilər olsa da, evə qələbə ilə qayıtmaq üçün mümkün olan hər şeyi edəcəklər. Fikrimcə, onların ehtiyatdakı futbolçuları da çox şeyə qadirdir. Maraqlı və gərgin mübarizəyə şahidlik edəcəyik. Hamımız "Qarabağ"dan qələbə gözləyirik. 3 xal qazanmaq mümkün olsa, pley-offa doğru inamlı addım atılacaq. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçının start fiti 21:45-də səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri