Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23 ünvanında fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus “Qardaşlar” unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehsal dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















