AQTA: Suraxanıda unlu qənnadı məmulatlarının emalı müəssisəsində normativ tələblər pozulub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Hikmət oğlu Salehova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mal qonşuluğu prinsipinə və məhsulların saxlanma şəraitinə əməl olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi, hazırlanan kremlərin üzərində etiket məlumatlarının (hazırlanma tarixi, saxlama müddəti, şəraiti və s.) qeyd olunmadığı, divar, döşəmə və tavanın tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən avadanlıqların çirkli vəziyyətdə olduğu, emal sahəsinin həşəratlarla çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal edilən şirniyyatlardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















