Icma.az
close
up
RU
Bakıda uşaqlar üçün yeni xəstəxanalar yaradılacaq

Bakıda uşaqlar üçün yeni xəstəxanalar yaradılacaq

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İdarəçi təbiblər" layihəsində müsahib Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədovdur.

BAKU.WS həmin müsahibəni təqdim edir:

- İlk olaraq Mərkəzlə və tabeli müəssisələri ilə bağlı məlumat verməyinizi xahiş edirik.

- Respublika Pediatriya Mərkəzi TƏBİB-in Müşahidə Şurasının qərarı ilə 6 aprel 2024-cü ildə Bakı şəhərində fəaliyyət göstərən 8 xəstəxananın birləşməsi ilə yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd pediatrik xidmətin təkmilləşdirilməsi, multidisiplinar yanaşmanın təmini, modern tibbi müayinə və müalicə metodlarının tətbiq edilməsi olub.

Hazırda isə Mərkəzin nəzdində 9 xəstəxana - Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Sabunçu Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası (2025-ci ilin mart ayından etibarən) fəaliyyət göstərir.

- Bir ildən artıqdır ki, Mərkəz yaradılıb və ora rəhbərlik edirsiniz. Sözügedən müddət ərzində hansı işlər görülüb?

- Mərkəzin yaradılmasından sonra qısa müddət ərzində xaricdə, eləcə də ölkədə təhsil alan yüksək ixtisaslı mütəxəssislərin tibb müəssisələrində fəaliyyətə başlamasına çalışmışıq və hesab edirəm ki, artıq müəyyən maliyyətlərimiz var.  

Tabeli tibb müəssisələrinin hər birində bütün dərman vasitələri yenilənib və müasir protokollara uyğunlaşdırılıb.

Tibb müəssisələrində Qəbul şöbələri kimi fəaliyyət göstərən şöbələrin istiqamətləri dəyişib və onlar Təcili tibbi yardım şöbələri olaraq yenidən formalaşdırılıb.

Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında Yenidoğulmuşların reanimasiyası şöbəsi fəaliyyətə başlayıb. Şöbə neonatal dövrdə rast gəlinən ağır, həyati risk daşıyan vəziyyətlərin vaxtında diaqnostika və müalicəsini mümkün edərək, körpələrin həyatını xilas etmək baxımından mühüm əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən 25 çarpayıdan ibarət şöbə 7 küvəz, 1 isidici çarpayı, 1 tunel tipli fizioterapiya cihazı, 2 süni ventilyasiya aparatı, eləcə də portativ rentgen və ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş cihazlarla təchiz olunub.

Məlumat üçün bildirim ki, şöbədə vəziyyəti kritik, ağır və orta ağır qiymətləndirilən 173 yenidoğulmuşa tibbi xidmət göstərilib. Aparılan reanimasiya tədbirləri nəticəsində vəziyyəti ağır və orta ağır qiymətləndirilən 171 yenidoğulmuşun həyatını xilas etmək mümkün olub.

Eyni zamanda Mərkəzin bütün tabeli tibb müəssisələrində ən son texnoloji avadanlıqlarla təmin edilən müasir Laboratoriya şöbələrində işlər yekunlaşmaq üzrədir. İlkin mərhələdə 200-dən çox laborator xidmət vətəndaşların ixtiyarına veriləcək.

Hədəflərimiz böyükdür. Tibbi xidmət çeşidliliyini artırmaq istiqamətində tədbirləri davam etdiririk, məqsədimiz yeni şöbələrin və xidmətlərin yaradılmasıdır. Hazırda Uşaq cərrahiyyəsi, Kardiovaskulyar cərrahiyyə şöbələrinin yaradılması gündəmdədir. Həmçinin endo-kolonoskopik müayinə, bronxoskopiya, invaziv radiologiya və s. kimi tibbi xidmətlər də planlarımız arasındadır.

- Ümumiyyətlə, bu işləri həyata keçirmək üçün Mərkəzin yetərli kadr potensialı varmı?

- Kadr islahatları prioritet məsələlərimizdən biridir. Hazırda müəssisələrdə müxtəlif ixtisaslarda - pediatr, infeksionist, uşaq nevroloqu, uşaq allerqoloqu, uşaq immunoloqu, uşaq qastroenteroloqu, uşaq kardioloqu, uşaq nefroloqu, uşaq endokrinoloqu, genetik, anestezioloq-reanimatoloq, neonatoloq, otorinolarinqoloq, radioloq, fizioterapevt, reabilitoloq, psixoloq və s. ixtisaslı həkimlərimiz fəaliyyət göstərir. Onlardan 11 nəfəri uzman həkimdir.

Mərkəz olaraq nəzəri və praktiki vərdişlərin artırılması istiqamətində də bir sıra tədbirlər davam etdirilir. Həkim-mütəxəssislərin iştirakı ilə tibb müəssisələrində mütəmadi olaraq çoxsaylı seminarlar, nəzəri və praktiki təlimlər, simpoziumlar təşkil edilir və təcrübə mübadiləsi aparılır.

- Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin statistik göstəriciləri ilə də tanış olmaq istərdik.

- Bu sualla əlaqədar olaraq, öncə vahid idarəetmənin üstünlükləri haqda danışmaq istərdim. Vahid idarəetmə vahid protokolların tətbiqinə şərait yaradır, bu, bizim üçün vacib amillərdən biridir. Bu səbəbdən də biz tabeli tibb müəssisələrində standartlara uyğun müasir protokollara riayət edilməsinə çalışır, onların ən doğru şəkildə tətbiq edilməsinə şərait yaradırıq.

Yeniliklərin nəticəsidir ki, müəyyən qədər nailiyyətlərimiz var. O ki, qaldı statistik göstəricilərə deyə bilərəm ki, son bir il ərzində Mərkəzin nəzdində olan tibb müəssisələrinə müraciət sayında ciddi artım müşahidə olunub. Belə ki, 2024-cü ilin may ayından etibarən 2025-ci ilin may ayı da daxil olmaqla müraciətlərin sayı 368 515 olub. 2023-cü il və 2024-cü ilin eyni dövrlərində 275 642 müraciət qeydə alınıb. Bir il ərzində artan müraciət sayı 92 873 olub.

Mərkəzin tabeli tibb müəssisələrində təcili tibbi yardım xidməti yenidən qurulduqdan sonra müraciətlərin sayı da artıb. 2023-cü ilin may ayından 2024-cü ilin may ayı da daxil olmaqla şöbəyə müraciət sayı 57 639 qeydə alınsa da, son 1 il ərzində 88 321 olub və müraciət sayında 30 682 artım qeydə alınıb.

Əlavə edim ki, eyni dövrlə müqayisədə ölüm sayı təxminən 50 % azalıb.

- Uşaqlar hər birimizin həssas nöqtəsidir. Mövsümi viruslar səbəbindən isə tez-tez uşaqların xəstələnmələrini müşahidə edirik. Ümumiyyətlə, gün ərzində Mərkəzə və tabeli müəssisələrinə nə qədər müraciət daxil olur? Müraciətlər, əsasən, hansı  xəstəliklərlə bağlıdır?

- Hazırda gündəlik müraciət sayımız 1 500-2 000 arası dəyişir. Qış aylarında isə bəzən gün ərzində 3 000-dən çox müraciət qeydə alınır. Daha çox yay aylarında mədə-bağırsağın infeksion xəstəliklərinə, qış aylarında isə tənəffüs yollarının infeksion xəstəliklərinə rast gəlirik. Müraciət edən şəxslərin həkim müayinəsində olduqdan və zəruri tibbi xidmətlər göstərildikdən sonra stasionar və ya ambulator müalicə alması təyin olunur.

- İxtisasca pediatrsınız. Son olaraq valideynlərə uşaqların sağlamlığı ilə bağlı tövsiyələr vermənizi də istərdik.

- Uşaqların sağlamlığında xüsusi diqqət edilməli məqamlar qidalanma və gigiyena qaydalarıdır. Paket qidalardan olduqca uzaq olmağı, təbii qidalara üstünlük verməyi tövsiyə edirəm. Xüsusilə uşaqlar daha çox mövsümi meyvə, tərəvəzlərlə qidalanmalı, gün ərzində bol maye içməlidirlər. Şəxsi gigiyena qaydalarına - əllərin yuyulması, dişlərin fırçalanması, dəri və saçlara düzgün qulluq edilməsi, duş qəbul etmək və s. daxildir. Axar su altında əllərin bütün səthini əhatə edəcək şəkildə 20 saniyə sabunlanaraq yuyulması vacibdir. Əl yuyulduqdan sonra birdəfəlik istifadə üçün salfetlə qurulanmalıdır.

Pediatriya protokollarına əsasən uşaqların 1 yaşa qədər 10 dəfə müayinə olunması tövsiyə edilir. 3 yaşa qədər ildə iki dəfə, 3 yaşdan sonra isə il ərzində bir dəfə profilaktik müayinələrdən keçmək lazımdır. Hazırda Mərkəzin tabeli müəssisələrində uşaqlar üçün zəruri olan bütün tibbi xidmətlər mövcuddur. Valideynlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müayinələrdən yararlana bilərlər.

Hazırda valideynlər tərəfindən uşaqlara həkim tövsiyəsi olmadan dərman və dərman vasitələri verilir. Bunun uşaqlar üçün zərərləri çoxdur. Məsələn, antibiotiklər uşaqların bədənində infeksiyaya qarşı dirənc, rezidentlik yaradır ki, bu da xəstəliyin ağırlaşmasına səbəb olur. Ən zərərsiz bildiyimiz parasetamol belə ciddi təhlükələrə səbəb ola bilər.

Valideynlər övladlarının sağlamlığı üçün son illərdə daha çox D vitamini və kalsiumdan istifadə edirlər. D elə bir vitamin növüdür ki, demək olar ki, heç bir qida məhsulunda yoxdur. Uşaqlarda 2 yaşa qədər bütün fəsillər ərzində D vitaminin verilməsi vacibdir. 2 yaşdan sonra isə, xüsusən payız-qış aylarında vitaminin verilməsi tövsiyə olunur.

Deyim ki, hazırda kalsium bizim ölkədən başqa heç bir ölkədə rutin olaraq istifadə olunmur. Kalsiumun xüsusi vacibliyi yoxdur. Kalsium çatışmazlığı (hipokalsemiya) mədə-bağırsağa, böyrəklərə ciddi zərər vura bilər. Bu səbəbdən də kalsiumdan ancaq qanın dəyərlərinə baxdıqdan sonra istifadə edilə bilər.

Son olaraq valideynləri uşaqlarını peyvənd etdirməyə səsləyirəm. Tibb müəssisələrinə müraciət edənlər arasında da daha çox peyvəndlənməyən uşaqları görürük ki, onlar digər uşaqlara nisbətən xəstəliyi daha ağır keçirirlər. Dünyanın ən böyük kəşflərindən biri peyvəndlərdir ki, hazırda ölkəmizdə ödənişsiz olaraq peyvəndlərdən istifadə etmək mümkündür. Gəlin, gələcəyimizi, uşaqları qoruyaq.

Qeyd edək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.

O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb.

2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü və 2024-cü illərdə  "Ege Hospital"da pediatr kimi çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:437
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyun 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri