Icma.az
close
up
RU
Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün CƏRİMƏLƏNDİ

Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün CƏRİMƏLƏNDİ

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda vətəndaşın mənzilini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimə edilib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib.
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşmüş Azər Xəlilov (ad və soyad şərtidir) Bakıya gəlib.
O, 1995-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıblar.
Mənzilin sahibi onlardan evdən çıxmaq tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb.
 

2017-ci ildə mənzil sahibi bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vətəndaşın mənzil hüququnu tanıyıb və məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərar qəbul edib. Amma ailə yenə də mənzili boşaltmayıb və səbəb kimi köçməyə evinin olmadığını bildirib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəyə Biləsuvar rayonu ərazisində mənzil təklif etsə də, ailə həmin evə köçməkdən imtina edib.
Ailə başçısı bildirib ki, ya ailəyə Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra vətəndaşın mənzilini boşalda bilər. Ailə başçısı məhkəmə qərarının icrasından imtina edib.
Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru hadisə barədə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Xəlilov 500 manat cərimə edilib. (Oxu.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri