Bakıda axund cərimələndi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda məsciddə dini yığıncaq zamanı qaydaları pozan axund cərimələnib.
Milli.Az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzindəki "Rəsullah" məscidində qeydə alınıb.
34 yaşlı Müşviq Rəsulov (şərti adla) həmin məsciddə dini yığıncaqlar və digər mərasimlərin təşkili, eləcə də keçirilməsi qaydalarını pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin olunub. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:59
Bu xəbər 14 Avqust 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















