Icma.az
close
up
RU
Bakıda vətəndaşlardan tələb olunan JEK pulu qanunidir?

Bakıda vətəndaşlardan tələb olunan JEK pulu qanunidir?

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda çoxmənzilli binalarda yaşayan vətəndaşlardan tez-tez "JEK pulu" adı altında müxtəlif ödənişlər tələb olunur.

BAKU.WS xəbər verir ki, bu ödənişlərin qanuniliyi və hansı hallarda ödənilməli olduğu vacib məsələdir. 

Vətəndaşlar hansı halda və hansı xidmətə görə ödəniş vermək məcburiyyətindədir?

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaşlardan tələb olunan ödəniş blokların təmizlənməsi, liftlərə göstərilən xidmət, binanın həyətinin təmiz saxlanması, eyni zamanda zibillərin daşınması ilə əlaqəlidir:

"Bu xidmətlərin heç biri pulsuz deyil və ona görə vətəndaş bəlli miqdarda ödənişi etmək məcburiyyətində qalır. Bu xidməti göstərən həm dövlət qurumu, həm də fərdi MTK-lar göstərilən xidmət müqabilində vətəndaşdan ödəniş alır.

Vətəndaşların etdiyi ödənişlər həmçinin qurum və ya MTK-də çalışan işçilərin əməkhaqqlarını da formalışadırır. Əgər binaların təmiz saxlanması, küçələrin süpürülməsi, zibillərin daşınması və digər xidmət göstərilirsə, təbii ki, buna görə ödəniş olunmalıdır. Əks təqdirdə bu xidmətlər göstərilməyəcək. Heç bir vətəndaş əlinə süpürgə alıb həyəti süpürmür, zibilləri könüllü şəkildə daşınmasını təşkil etmir. Əgər bu xidmət varsa, deməli buna görə ödəniş də edilməlidir".

Bakıda çoxmənzilli binalarda yaşayan sakinlərdən toplanan "JEK pulu" ilə bağlı qanunvericilikdə nəzərdə tutulan rəsmi tariflər belədir:

Mənzil (xidmət) haqqı:

Tam kommunal təminatlı mənzillərdə hər 1 kvadrat metrə görə ayda 2 qəpik.

Bu tarif həm dövlət, həm də özəlləşdirilmiş mənzillərə aiddir və binaların saxlanması üçün nəzərdə tutulub.

Zibil haqqı (bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi):

2024-cü il iyulun 1-dən etibarən adambaşına ayda 1 manat müəyyən olunub.

Bu məbləğ əvvəlcə ayda 30 qəpik idi və Tarif Şurasının qərarı ilə artırılıb.

Qeyd edək ki, bu xidmət haqları hər ay mənzil-istismar sahələri tərəfindən təqdim olunan rəsmi qəbzlər əsasında tam və vaxtında ödənilməlidir. Ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 nömrəli qərarına və Tarif (Qiymət) Şurasının son qərarına uyğun aparılır.

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:459
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri