Icma.az
close
up
RU
JEK lərin tələb etdiyi ev pulu qanunidir?

JEK lərin tələb etdiyi ev pulu qanunidir?

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Hüquqşünas Aqil Layıc yaşayış sahiblərinə ünvanlanan ödəniş tələbləri ilə bağlı aktual məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bir çox rayon və qəsəbələrdə MKİS/JEK əməkdaşlarının qapı-qapı gəzməsi və sakinlərdən müxtəlif adlarla ödəniş tələb etməsinin hüquqi əsası yoxdur.

Aqil Layıcın açıqlamasına görə, özəlləşdirilmiş mənzillərdə yaşayan vətəndaşların belə ödənişlər etməsinə dair heç bir qanuni öhdəliyi yoxdur. O bildirir ki, əgər mənzil özəlləşdirilibsə və vətəndaş həmin evdə sosial kirayə müqaviləsi ilə yaşamırsa, JEK-lərin hər hansı “ev pulu”, “kirə pulu”, yaxud “zibil pulu” tələb etməsi açıq şəkildə qanunlara ziddir.

Hüquqşünasın sözlərinə görə, yalnız bir halda JEK-lə sakin arasında ödəniş münasibəti yarana bilər – bu da tərəflər arasında ayrıca xidmət müqaviləsi bağlanmasıdır. Belə müqavilə olmadıqda ödəniş tələbi əsassızdır.

Aqil Layıc məsələ ilə bağlı mövcud qanunvericiliyi belə izah edir:

1. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsi

Bu maddəyə əsasən, əvvəllər dövlətə məxsus olub sonradan özəlləşdirilmiş mənzillərə komunal və texniki xidmətlər MKİS tərəfindən yalnız müqavilə əsasında göstərilə bilər. Müqavilə yoxdursa, ödəniş də tələb edilə bilməz.

2. Yeni tikililərdə xidmət haqları

Yeni tikilmiş binalarda xidmət haqları binanın sakinləri tərəfindən və ya onlar tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən müəyyən olunur. Yəni, JEK və ya başqa qurumun özbaşına ödəniş tələb etməsi mümkün deyil.

3. Nazirlər Kabinetinin qərarları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 nömrəli qərarına əsasən özəl mülkiyyətdə olan mənzillərin sahibləri “ev pulu” və ya oxşar ödənişləri ödəmək öhdəliyinə malik deyillər. Bu öhdəlik yalnız dövlət və ictimai mənzil fondu üçün nəzərdə tutulur.

Eyni zamanda, həmin qərara edilmiş 26 fevral 2019-cu il, 66 nömrəli dəyişiklik əhalinin “zibil pulu” (məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi) ödəmək öhdəliyinin də olmadığını bir daha hüquqi olaraq təsbit edir.

Hüquqşünasın da vurğuladığı kimi, JEK-lərin özəlləşdirilmiş mənzil sahiblərindən “ev pulu”, “kirə haqqı”, “zibil pulu” və digər adı dəyişdirilmiş ödənişləri toplaması qanunsuzdur və vətəndaşların belə ödənişləri etməsi üçün heç bir hüquqi əsas yoxdur. Sakinlər yalnız JEK-lə fərdi formada bağlanmış rəsmi xidmət müqaviləsinə əsasən ödəniş edə bilərlər.

Bu baxımdan, vətəndaşlar qanunsuz tələblərlə üzləşdikdə hüquqlarını bilməli, zərurət olduqda isə aidiyyəti qurumlara müraciət etməlidirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri