Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

20 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsinin yekun tədbiri Bakı şəhərində Gəncliyə Yardım Fondunda təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan mühüm irs nümunələrindəndir. Layihənin əsas məqsədinin milli dəyərlərimizin təbliği, xüsusilə gənc nəslin bu irsə marağının artırılması olduğunu vurğulayan layihə rəhbəri, göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Sonra şəhid Müşfiq Orucovun anası Aygün Məmmədliyə söz verilib. Şəhid anası qeyd edib ki, milli dəyərlərimizin təbliği vacibdir. Kəlağayımız xanımlara çox yaraşır. O bildirib ki, xalqımızın milli-mənəvi irsinin yaşadılması, gənc nəslə düzgün şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Aygün Məmmədli vurğulayıb ki, milli geyimlərimiz və kəlağayımız Azərbaycan qadınının zərifliyini, mənəvi zənginliyini və milli kimliyini özündə əks etdirir. Şəhidlərimizin canı bahasına qoruduqları Vətənin dəyərlərinin yaşadılmasının onların xatirəsinə ən böyük ehtiram nümunələrindən biri olduğunu qeyd edən şəhid anası, bu istiqamətdə həyata keçirilən layihələrin böyük əhəmiyyət daşıdığını bildirib və belə  tədbirlərin davamlı olmasını arzulayıb.
Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvləri Səringül Sadə, Lalə İsmayıl, Səyalı Dadaşova, Qulu İsmayılov, Vətəndaş İştirakçilıgının Təşviqinə Dəstək İB- nin sədri Taleh Əliyev, Ailələrə Sosial  Dəstək 
İB- nin sədri Esmira Rəhimova, Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova, AMEA- nın dosenti Səkinə Hacıyeva, şair, qazi Nadir Həsənoglu və Vüsal Sehranoğlu çıxış edərək layihənin əhəmiyyətindən, milli geyimlərin və kəlağayının Azərbaycan xalqının milli kimliyinin formalaşmasında oynadığı roldan danışıb, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, milli geyimlər və kəlağayı yalnız maddi mədəniyyət nümunələri deyil, həm də xalqımızın tarixini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə əks etdirən dəyərli irs nümunələridir.

Tədbirin bədii hissəsində aşıq İsmayıl İncəli, aşıq Xədicə Göycəli və aşıq Samir Borçalı maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Zəhra Əzimova isə tədbirdə milli-mənəvi dəyərlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirib. Səsləndirilən aşıq havaları, xalq musiqisi nümunələri və şeirlər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

Bununla da “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri