Icma.az
close
up
RU
Yulia Ferştandt: Azərbaycan mənim vətənimdir...

Yulia Ferştandt: Azərbaycan mənim vətənimdir...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

  - Yulia  xanım, öncə oxucular  sizi tanısın...

- Mən  Yulia Ferştandt, uzun illərdir  Azebaycan Akademik Opera və Balet Teatrında aparıcı solist olaraq çalışıram.

 - Balerina olmaq həvəsi haradan yarandı?

 - Uşaqlıq illərimdə televizordan “Mavi quş” baletini, eləcə də İqor Moiseyev adına rəqs ansamblının çıxışlarını izləyirdim. İzlədikcə  hiss edirdim ki, məndə balet sevgisi yaranır. Bundan əlavə, qonşumuz balerina idi, qızı  xoreoqrafiya məktəbində oxuyurdu. Onları balerina geyimində görəndə  çox həvəslənirdim.

 - Balet sənətinin fiziki tərəfləri məlumdur, bəs psixoloji çətinlikləri hansılardır?

  - Təbii ki, psixoloji çətinlikləri də var, bu hisslər idmançının yarışdan əvvəl yaşadığı hisslərə bənzəyir. Həyəcan və  narahatlığın sizə maneə olmasına imkan verməməlisiniz.  Düzdür, bəzən bu, çox çətin olur, lakin çoxlu məşq edərək bunu bacarmalısan.

- Nə vaxtdan Opera və Balet teatrında çalışırsınız?

  - Rəsmi olaraq 2002-ci ildən teatrda çalışıram, amma ondan bir il əvvəldən fəaliyyətə başladım. İştirak etdiyim ilk tamaşa müəllimim, Azərbaycanın Xalq Artisti Tamila Şirəliyevanın quruluşunda bəstəkar Tofiq Bakıxanovun “Xəzər balladası” oldu.

 - Hansı obrazlar və ya  tamaşalar sizin  yaddaşınızda  iz qoyub?

 - Təbii ki, bütün rollarım mənə   əzizdir: A.Adəmin eyniadlı baletindəki Jizel mənim üçün inanılmaz dərəcədə maraqlı, dərin və yaxın obraz oldu. F.Əmirovun “1001 gecə” baletindəki  parlaq, müdrik və  rəngarəng Şəhrizad  obrazın oynamaq da maraqlı idi. Bundan əlavə “Məhəbbət əfsənəsi” baletinin Şirin, “Şelkunçik” baletindən Maşa obrazları da sevdiklərimdəndir.

- Rusiyada balet artistləri balerina Anastasiya Voloçkovanın çəkisi çox olduğu üçün qaldırmağa   gücləri çatmadığını deyirlər. Azərbaycan səhnəsində də elə problemlər olurmu?

 - Xeyr, bütün balerinalarımız özlərini əla formada saxlayırlar. Bizim partnyorlarımız güclü və hazırlıqlıdır, ona görə də bizdə belə problemlər olmur.

 - Sizin bu qədər incə olmağınız işinizlə bağlıdır?

 - Daha çox işimi nəzərə alaraq pəhriz saxlayıram.

 - Bizim cəmiyyətimizdə balet o qədər də geniş yayılmayıb. Tamaşaları daha çox ziyalı, elit təbəqənin insanları izləyirlər. Sizcə niyə?

 - Əslində, yaxın vaxtlara qədər belə idi, indi isə yeni rəhbərliyin gəlişi ilə Azərbaycan baletinə marağın açıq şəkildə artdığını görürük. Bu bizi çox sevindirir.

 - Səhnədə başınıza gözlənilməz hadisələr gəlibmi?

- Bir dəfə rəqs ayaqqabılarımı unutmuşdum və bunu  səhnəyə çıxandan  sonra bildim.

 Qrim  otağına getmək imkanım yox idi, həmin vaxt tamaşada  birlikdə rəqs etdiyim baldızım Liya Ferştandtın ayaqqabılarını götürdüm. Ayaq ölçümüz eyni olsa da, heç vaxt bir-birimizin ayaqqabılarından istifadə etmirik.   İlk çıxışımı etdim, hər şey yaxşı keçdi. Həmin vaxt çox həyəcanlanmışdım, lakin son anda çıxış yolunu tapdıq, belə hadisələr arada olur.

 - Azərbaycan dilini mükəmməl bilirsiz?

  - Hələki  mükəmməl danışa bilmirəm, lakin təkmilləşdirməyə çalışıram.

 - Nə vaxt öyrəndiniz?

 - Tədricən, dostlarım və həmkarlarımla ünsiyyət vasitəsilə öyrəndim.

 - İşiniz bunu tələb elədi yoxsa necə?

  - Biz işdə həm Azərbaycan, həm də rus dilində danışırıq. Onu da qeyd  edim ki, bütün dünyada geniş istifadə olunan fransız balet terminlərindən də çox istifadə edirik.

 - Baletdə çox vaxt əsas partiyaları ifa edirsiniz. Sizi fərqləndirən nədir ki, bu rollar sizə verilir?

 - Bu suala cavab vermək  çətindir, yəqin ki, bu rolları mənə etibar edən insanların  güvənini qazandığımdandır. Onu deyə bilərəm ki, bütün rollarıma böyük fədakarlıqla və həvəslə hazırlaşıram.

  - Tamaşalar zamanı xəsarət alsanız, tibbi sığortanız varmı? Və yaxud işlədiyiniz teatr bu xərcləri qarşılayar?

- Bizdə belə hallar yoxdur. Düşünürəm ki, teatr qarşılayır. Ümid edirəm ki, belə hallarla qarşılaşmarıq.

  - Yoldaşınız da balet sənətçisidir. Tanışlığınız necə oldu?

 - Həyat yoldaşım - Makar Ferştandt,  Azərbaycanın əməkdar artisti, eyni zamanda, teatrımızın aparıcı solistidir. Biz xoreoqrafiya məktəbində birlikdə oxumuşuq və son illərimizdə ünsiyyət qurmağa başladıq. Sonra ailə qurduq və iki gözəl qızımız var, qeyd edim ki, qızlarımız da balet akademiyasında oxuyur.

 - Belə çıxır ki, siz ailəlikcə bu sənətlə məşğulsunuz?

- Bəli, hətta  həyat yoldaşımın bacısı ilə bir balet truppasında işləyirik, övladlarımız isə xoreoqrafiya akademiyasında oxuyur. Məlum olduğu kimi balet sevgisi onlara miras yolu ilə keçib.

 - Niyə məhz digər ölkələr yox, Azərbaycan?

  - Azərbaycan mənim vətənimdir, mən burada doğulmuşam, valideynlərim, həyat yoldaşım, onun valideynləri  burada yaşayır. Azərbaycanda böyüyüb təhsil almışam, indi də teatrımıza xidmət edirəm. Azərbaycanda  balet sənətinin gələcək taleyinə biganə deyiləm.

  - Yaxın günlərdə Azərbaycanın xalq artisti Tamila Şirəliyeva dünyasını dəyişdi. Bildiyim qədər müəlliminiz olub...

 - Bəli, Tamila Şirəliyeva Xoreoqrafiya akademiyasında müəllimim olub. O, mənə müəllim kimi çox şey öyrətdi. Balerina olaraq xarakter formalaşdırdı, bu peşəyə sevgi ilə yanaşmağı öyrətdi. Bizi həmişə dəstəkləyirdi. Ona ömür boyu təşəkkür edəcəm. Tamila Şirəliyevanın əbədi gedişi hamımızı çox üzdü. Allahdan ona rəhmət diləyirəm. Əsl sənətkarlar hər zaman yaşayırlar.

Söhbətləşdi: Havar Şəfiyeva

Bizim müsahib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see210

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see195

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see190

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see182

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see181

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see180

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see178

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see176

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see174

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see172

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see171

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see170

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see168

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see168

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see168

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see166

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see156

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri