Icma.az
close
up
RU
Bakıda “Xəzər Evi Platforması” yaradıldı

Bakıda “Xəzər Evi Platforması” yaradıldı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən COP29 çərçivəsində “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfrans keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçən tədbirdə Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətində QHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib. İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyət daşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malik olduğunu qeyd edib. Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri Vladimir Qrebnev isə bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai, Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ən vacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal iş apardığını vurğulayıblar.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova ilk dəfə Xəzərin ekologiyasına dair hazırlanmış virtual muzeyi auditoriyaya təqdim edib.

Daha sonra konfrans panel müzakirələrlə davam edib. Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən "Xəzər dənizinin hazırkı ekosistemi: perspektivlər, təhdidlər və həll yolları” adlı birinci paneldə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun tədqiqatçı-alimi Vaqif Məmmədov təqdimatla çıxış edib. Bildirib ki, Xəzər dənizi yeraltı çaylarla, digər su hövzələri ilə əlaqədardır, bunu onun canlı aləmində gölə xas olmayan canlılara rast gəlinməsi də nümayiş etdirir. V.Məmmədov qeyd edib ki, Xəzər dənizi barəsində akademik tədqiqatlar gücləndikcə, onun haqqında xeyli yeni məlumatlar ortaya çıxacaq.

Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Rusiya Federasiyasının Əməkdar ekoloqu Sergey Mixayloviç Alekseyev, BMT-nin eksperti Aleksey Kokorin, Qazaxıstanın “Eko Mangistau” İctimai Birliyinin sədri Kirill Vladimiroviç Osin mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərovun moderatorluğu ilə keçirilən "Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar" adlı ikinci paneldə Qazaxıstan Ekoforumunun rəhbəri, Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti İqlim Şəbəkəsinin sədri Svetlana Mogilyuk, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyev, Rusiya Federasiyasının Çelyabinsk Dövlət Universitetinin Su qruplaşmaları laboratoriyasının müdiri Korlyakov Konstantin Aleksandroviç, Türkmənistanın Təbiəti Mühafizə Cəmiyyətinin rəhbəri Berkeli Atayev müxtəlif təqdimatlarla çıxış ediblər. 

Yekunda Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması”nın yaradılmasını qərara alıblar.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri