Icma.az
close
up
RU
“Xəzər Evi Platforması” yaradılacaq

“Xəzər Evi Platforması” yaradılacaq

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində "Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi" adlı beynəlxalq konfrans keçirilib

Bu gün COP29 çərçivəsində "Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi" adlı beynəlxalq konfrans keçirilib. AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl Zonada “Water” konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak edib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətində QHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyət daşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malik olduğunu qeyd edib.

Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri Vladimir Qrebnev bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarai, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ən vacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal iş apardığını vurğulayıblar.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova ilk dəfə Xəzərin ekologiyasına dair hazırlanmış virtual muzeyi auditoriyaya təqdim edib. Virtual muzey böyük maraqla qarşılanıb.

Daha sonra konfrans panel müzakirələrlə davam edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən "Xəzər dənizinin hazırki ekosistemi: perspektivlər, təhdidlər və həll yolları” adlı birinci paneldə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun tədqiqatçı-alimi Vaqif Məmmədov təqdimatla çıxış edib. O, bildirib ki, Xəzər dənizi yeraltı çaylarla digər su hövzələri ilə əlaqədardır, bunu onun canlı aləmində gölə xas olmayan canlılara rast gəlinməsi də nümayiş etdirir.

V.Məmmədov qeyd edib ki, Xəzər dənizi barəsində akademik tədqiqatlar gücləndikcə, onun haqqında xeyli yeni məlumatlar ortaya çıxacaq.

Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədr müavini, Rusiya Federasiyasının əməkdar ekoloqu Sergey Mixayloviç Alekseyev, BMT-nin eksperti Aleksey Kokorin, Qazaxıstanın “Eko Mangistau” İctimai Birliyinin sədri Kirill Vladimiroviç Osin mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərovun moderatorluğu ilə keçirilən "Xəzəryanı ölkələrin vətəndaş cəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar" adlı ikinci paneldə Qazaxıstan Ekoforumunun rəhbəri, Mərkəzi Asiya Vətəndaş Cəmiyyəti İqlim Şəbəkəsinin sədri Svetlana Mogilyuk, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyev, Rusiya Federasiyasının Çelyabinsk Dövlət Universitetinin su qruplaşmaları laboratoriyasının müdiri Korlyakov Konstantin Aleksandroviç, Türkmənistanın Təbiəti Mühafizə Cəmiyyətinin (“Tebigy Kuwwat”) rəhbəri Berkeli Atayev müxtəlif təqdimatlarla çıxış ediblər.

Yekunda Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasının qorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər Evi Platforması”nın yaradılmasını qərara alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri