Icma.az
close
up
RU
Bakıda yağış fəsadlarının səbəbi və çıxış yolu Mütəxəssis DANIŞDI

Bakıda yağış fəsadlarının səbəbi və çıxış yolu Mütəxəssis DANIŞDI

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakıya yağış yağan zaman qarşılaşdığımız mənzərə hər zaman eyni olur: yollarda su yığılması, şəhərdə tıxacların yaranması və s. kimi bir çox mənfi hallar yaşanır.

Bəs bunların qarşısını necə almaq olar?

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Redaktor.az-a problemin həll yollarından danışarkən bildirdi ki, eyni problemi illərdir yaşayırıq.

Onun sözlərinə görə, Bakı şəhərinin qeyri-təbii urbanizasiyanın təsirləri nəticəsində kifayət qədər yüklənməsi və yeni binaların tikintisi buna səbəbdir:

"Nəticə etibarilə bəlli bir insan sayı üçün nəzərdə tutulmuş, vaxtilə inşa edilmiş kanalizasiya və suötürücü sistemlərin artıq yüklənməsi bu problemin dərinləşməsinə gətirib çıxarıb. Həmin su-kanalizasiya sistemlərinin ötürücülüyü gücü yağış sularının da intensiv şəkildə ötürülməsinə imkan vermir. Niyə? Çünki rekonstruksiya işləri aparılıb. Hətta kanalizasiya qapaqları dəyişdirilib və yolun ortasında, prospektlərdə yeni qapaqlar qoyulub. Bu da nəticə etibarilə həmin keçiricilik imkanlarına malik olmayan konstruksiyalardır. Diqqət yetirsəniz, bunu küçələrdə görəcəksiniz".

Müsahibimiz problemin qarşısını almaq üçün nələr etməli olduğumuzdan da danışdı:

"Ən azı drenaj sistemləri tətbiq olunmalıdır. Xüsusi nasoslar vasitəsilə suötürücülüyü artırmaq üçün gücləndirici sistemlər tətbiq edilməlidir. Ən optimal və doğru yol isə su-kanalizasiya sistemlərinin yenilənməsi, alternativ kanalizasiya və yağış suları üçün ötürücülərin paralel şəkildə aparılması və gücləndirilməsidir. Bu problemin həlli ola bilər və bu da böyük vəsait tələb edir. Şəhərin qazıntısı, söküntüsü - bütün bunlar çox ciddi, dərin və geri dönməz problemlər yaradır. Ona görə də problemi dərhal aradan qaldırmaq üçün çevik bir mexanizm düşünmək çətindir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri