Icma.az
close
up
RU
Çiy ət yemək trendə çevrilib? MÜTƏXƏSSİS DANIŞDI

Çiy ət yemək trendə çevrilib? MÜTƏXƏSSİS DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

“İnsan qidalanmasında ətin istehlakı geniş yayılmış olsa da, onun hazırlanma üsulu insan sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Çiy və ya kifayət qədər bişirilməmiş ətlərin istehlakı bir sıra patogen mikroorqanizmlərin orqanizmə daxil olması üçün əsas risk faktorlarından biridir. Bu patogenlər arasında xüsusilə Escherichia coli (E. coli) kimi bakteriyalar qeyd olunur. Patogen E. coli növləri az miqdarda olduqda belə xəstəlik törədə bilər, yüksək bakteriya yükü isə ciddi qida zəhərlənmələri və hətta ölüm hallarına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Ağa Salamov sözlərinə belə davam edib: “Bakteriyaların çoxalması üçün əsas amillər — uyğun temperatur, kifayət qədər rütubət və zaman — təmin edildikdə mikrobioloji risklər artır. Ətin daxili temperaturu +5°C ilə +65°C arasında olduqda bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Bu səbəbdən, qida təhlükəsizliyi standartlarına əsasən, ətin daxili temperaturu minimum +75°C-yə çatdırılmalıdır ki, mövcud patogen mikroorqanizmlər zərərsizləşdirilsin.

Son illərdə qida sənayesində “dry age” (quru dinləndirmə) texnologiyası da yayılmışdır. Bu üsulda seçilmiş dana ətləri (məsələn, Ribeye, T-bone, New York tipli kəsimlər) xüsusi şəraitdə — adətən Himalay duzu ilə təchiz edilmiş soyuducu kameralarda — müəyyən müddət ərzində dinləndirilir. Bu proses zamanı ətin səthindəki rütubət azalır, bakteriya yükü aşağı düşür, lakin mioglobin və B12 vitamini kimi qida dəyəri qorunur. Nəticədə belə ətlər yarıbişmiş (medium) formada istehlaka daha uyğun olur.

Dry age texnologiyası ABŞ-da 100 ilə yaxındır tətbiq olunur, 1970–1980-ci illərdə Avropaya yayılmış, son 15 ildə isə Türkiyədə, təxminən 7–10 ildir ki, Azərbaycanda da istifadə edilməyə başlanmışdır. Bu texnologiya yalnız yüksək keyfiyyətli “mermer” tipli ətlərə tətbiq olunur və məhsulun qiymətinə də ciddi təsir göstərir.

Qida təhlükəsizliyi baxımından, çiy və ya kifayət qədər bişirilməmiş ətlərin təsadüfi istehlak tendensiyası ciddi sağlamlıq riskləri yaradır. Bu səbəbdən, istehlakçılara təhlükəsiz bişirmə metodlarını seçmək, eləcə də qida təhlükəsizliyi normalarına uyğun məhsullar istehlak etmək tövsiyə olunur”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri