Icma.az
close
up
RU
Bakıda yas yasa QARIŞDI: qardaşını qəbristanlıqda öldürdü FOTO

Bakıda yas yasa QARIŞDI: qardaşını qəbristanlıqda öldürdü FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev DİN 102 xidmətinə zəng edərək, qəbristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib.
Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" adlanan qəbristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib.
Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib. Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb.

İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib:

"Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm. Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək, tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq, bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.

Səyyad bir neçə metr kənarda olan yerdəki kürəyi götürüb, növbəti dəfə üzərimə hücum etdi. Mobil adlı əmim oğlu aramıza girəndə, Səyyadın ilk zərbəsi ona dəydi. Aldığı zərbə nətibəsində o da yerə yıxıldı. Özümü müdafiə etməkdən ötrü yanımda olan oraqla Səyyadı bir neçə dəfə vurdum. Zərbə qardaşımın boğaz nahiyəsinə dəydi. Bundan sonra qaçaraq, avtomobilə əyləşdim və hadisə yerindən uzaqlaşdım".

Siyavuş İsmayılov qeyd edib ki, ata mülkindən pay bölgüsü almaq üçün məhkəməyə müraciət etməyib:

"Anam, bacılarım və xalam paydan məhrum qalmışıq. Əmim oğluna Səyyadla danışmasını xahiş etdim. Dedim ki, onkoloji xəstəyəm, əgər ev satılıbsa, mənim də haqqımı versin. Dəfn mərasimində Səyyadın olduğunu əvvəlcədən bilsəydim, ora bir bəhanə ilə getməzdim. Qəbiristanlığa gedərkən üzərimdə hər hansı alət yox idi".

Şahid Əlövsət Qəmbərov ifadəsində göstərib ki, Siyavuş və Səyyad İsmayılovlar onun qardaşının qayınlarıdır:

"Sentyabrın 7-də dəfn mərasimi keçirilərkən, arxadan səs-küy gəldiyini eşitdim. Həmin istiqamətdə arxaya baxanda Səyyadla Siyavuşun mübahisə etdiklərini gördüm. Səyyad Siyavuşa kürəklə, Siyavuş isə qardaşını oraqla vurdu. Kömək etmək üçün Səyyadı arxadan əllərimlə tutub saxladım ki, yıxılmasın. Boğazından təzyiqlə qan axırdı. O, hadisə yerində keçindi. Onların nəyə görə mübahisə etdiklərini bilmirəm".

Məhkəmə iclasında Siyavuş İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə Siyavuş İsmayılovun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.
Məhkəmə qənaətə gəlib ki, Siyavuş İsmayılovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunub. Odur ki, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyul 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri