Icma.az
close
up
RU
Bakıda dəfn dəfnə QARIŞDI: oraqla qardaşının BAŞINI KƏSDİ

Bakıda dəfn dəfnə QARIŞDI: oraqla qardaşının BAŞINI KƏSDİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev DİN 102 xidmətinə zəng edərək, qəbristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib.
Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Şəhriyar” adlanan qəbristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib.
Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib. Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb.


İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib:

“Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm. Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək, tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq, bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.

Səyyad bir neçə metr kənarda olan yerdəki kürəyi götürüb, növbəti dəfə üzərimə hücum etdi. Mobil adlı əmim oğlu aramıza girəndə, Səyyadın ilk zərbəsi ona dəydi. Aldığı zərbə nətibəsində o da yerə yıxıldı. Özümü müdafiə etməkdən ötrü yanımda olan oraqla Səyyadı bir neçə dəfə vurdum. Zərbə qardaşımın boğaz nahiyəsinə dəydi. Bundan sonra qaçaraq, avtomobilə əyləşdim və hadisə yerindən uzaqlaşdım”.

Siyavuş İsmayılov qeyd edib ki, ata mülkindən pay bölgüsü almaq üçün məhkəməyə müraciət etməyib:

“Anam, bacılarım və xalam paydan məhrum qalmışıq. Əmim oğluna Səyyadla danışmasını xahiş etdim. Dedim ki, onkoloji xəstəyəm, əgər ev satılıbsa, mənim də haqqımı versin. Dəfn mərasimində Səyyadın olduğunu əvvəlcədən bilsəydim, ora bir bəhanə ilə getməzdim. Qəbiristanlığa gedərkən üzərimdə hər hansı alət yox idi”.


Şahid Əlövsət Qəmbərov ifadəsində göstərib ki, Siyavuş və Səyyad İsmayılovlar onun qardaşının qayınlarıdır:

“Sentyabrın 7-də dəfn mərasimi keçirilərkən, arxadan səs-küy gəldiyini eşitdim. Həmin istiqamətdə arxaya baxanda Səyyadla Siyavuşun mübahisə etdiklərini gördüm. Səyyad Siyavuşa kürəklə, Siyavuş isə qardaşını oraqla vurdu. Kömək etmək üçün Səyyadı arxadan əllərimlə tutub saxladım ki, yıxılmasın. Boğazından təzyiqlə qan axırdı. O, hadisə yerində keçindi. Onların nəyə görə mübahisə etdiklərini bilmirəm”.


Məhkəmə iclasında Siyavuş İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə Siyavuş İsmayılovun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.
Məhkəmə qənaətə gəlib ki, Siyavuş İsmayılovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunub. Odur ki, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri