Icma.az
close
up
RU
Bakıda yaşayan və işləyən zaman qeydiyyat problemi ilə üzləşənlər: vəkil nə deyir?

Bakıda yaşayan və işləyən zaman qeydiyyat problemi ilə üzləşənlər: vəkil nə deyir?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İşsizlik ucbatından bölgələrdən Bakıya gəlib, kirayə qalaraq, burada tikintilərdə, ictimai iaşə obyektlərində və s. çalışan şəxslərin üzləşdiyi əsas problemlərdən biri qeydiyyatla bağlıdır. Çünki bir çox hallarda rəsmi şəkildə kirayə müqaviləsi imzalanmır, insanlar yaşadıqları yerlərdə müvəqqəti də olsa, qeydiyyata düşə bilmirlər.

Samir Məmmədov Bizimyol.info xəbər portalına danışır ki, Bakıda qeydiyyatsız yaşamaq ona və onun vəziyyətində olan başqa insanlara bir sıra çətinliklər yaradır: “Kreditlə telefon və ya başqa əşya götürmək istəyirik, vermirlər. Deyirlər ki, qeydiyyat olmalıdır. Şəxsən mən məcbur olub, Bakı qeydiyyatında olan dost-tanışdan xahiş edirəm, mənim üçün kreditlə əşya alırlar, pulunu mən ödəyirəm. Yaxud da bağçaya, məktəbə uşaq qoyanda çətinliklə qarşılaşırıq. Çünki yaşayış yerindən arayış tələb olunur”.

Samir Məmmədov qeyd edir ki, kirayə qaldıqları mənzil sahiblərindən müvəqqəti qeydiyyata alınmalarını xahiş ediblər. Lakin əksər mənzil sahibləri sonradan problemlə üzləşəcəyindən ehtiyatlandığına görə onları qeydiyyata salmaqdan imtina edir: “Qorxurlar ki, qeydiyyata saldıqları adamları sonradan çıxmaqdan imtina edər. Bu isə ciddi problemdir. Gərək sonra məhkəmə yollarında qalıb, qeydiyyatdan çıxarsınlar”.

Vəkil Vamiq Şükürov deyir ki, mülkiyyətçi sonradan problemlə üzləşməmək üçün evinə kimisə qeydiyyata salanda onunla notarial qaydada müqavilə bağlamalıdır və müqavilədə göstərilməlidir ki, mülkiyyətçi tələb edəndə həmin şəxsin könüllü şəkildə qeydiyyatdan çıxmaq öhdəliyi var: “Hətta müqavilədə qeydiyyatdan çıxmasa, hər gecikdirilən gün üçün müəyyən məbləğdə cərimə də nəzərdə tutula bilər. Belə bir müqavilənin olması mülkiyyətçiyə iki üstünlük verəcək. Birincisi, həmin şəxs qeydiyyatdan çıxmağa meylli olacaq. Biləcək ki, gecikdirilən hər günə görə cərimə ödəməlidir. İkincisi, məhkəməyə müraciət edəsi olsa, dəymiş zərərin əvəzini cərimə şəklində ondan ala biləcək. Çünki əlində ciddi bir sübut var”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri