Icma.az
close
up
RU
Bakıda tək yaşayan qadınların əsas problemi SƏBƏB NƏDİR?

Bakıda tək yaşayan qadınların əsas problemi SƏBƏB NƏDİR?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bakıda tək yaşamaq istəyən qadın üçün problem bəzən puldan və ev tapmaqdan da əvvəl başlayır: ev sahibi onun qadın olduğunu öyrənəndə qapı üzünə bağlanır.

“Yeni Sabah” xəbər verir ki, son illərdə təhsil, iş və şəxsi səbəblərlə paytaxtda ailəsindən ayrı yaşayan qadınların sayı artır. Lakin xüsusilə kirayə mənzil axtaran subay və tək yaşayan qadınlar üçün mənzil tapmaq heç də asan deyil. Ən çox qarşılaşılan problemlərdən biri ev sahiblərinin mənzili tək qadına vermək istəməməsidir.

“Tək qadına ev vermirəm” Dominos pizza

Kirayə mənzil elanlarına baxarkən ilk diqqət çəkən məsələ qiymət olsa da, qadınlar üçün bundan sonra daha bir seçim mərhələsi başlayır. Bəzi ev sahibləri mənzili yalnız ailəyə, ər-arvada və ya bir neçə nəfərdən ibarət qadın qrupuna verməyə üstünlük verir. Tək yaşayan qadın isə bəzən mənzilə baxmağa belə dəvət olunmur.

Səbəb kimi müxtəlif arqumentlər səsləndirilir: “evdə kişi olmayacaq”, “tək qadınla bağlı narahatlıq var”, “qonşular problem yarada bilər”, “evə kimin gəlib-gedəcəyi bilinmir” və s.

Beləliklə, kirayə mənzil axtaran qadının qarşısında yalnız “büdcəmə uyğun ev varmı?” sualı dayanmır. “Ev sahibi məni qadın olduğuma görə qəbul edəcəkmi?” sualı da yaranır.

Kirayə qiymətləri də ayrıca problemdir

Mənzil tapılsa belə, bu dəfə qiymət məsələsi ortaya çıxır.

Hazırda aktiv elanlar əsasında aparılan bazar məlumatlarında Bakıda mənzillərin  aylıq kirayəsi təxminən 800 manat göstərilir. Bir otaqlı mənzillər üzrə median qiymət 450, iki otaqlılarda isə 700 manatdır. Rayonlar arasında da ciddi fərq var: Suraxanıda iki otaqlı mənzillərin qiyməti 400-500 manat olduğu halda, Nəsimi, Nərimanov, Səbail və Xətai kimi rayonlarda bu göstərici 800-900 manata çatır. Bu isə xüsusilə tək maaşla yaşayan qadın üçün ciddi xərc deməkdir. Məsələn, aylıq gəliri 1000-1200 manat olan bir qadının 600-700 manat kirayə ödəməsi onun gəlirinin böyük hissəsinin yalnız mənzilə getməsi deməkdir. Bunun üzərinə kommunal xərclər, internet, nəqliyyat, ərzaq və digər gündəlik ehtiyaclar əlavə olunur.

Ev tapmaq üçün “ailə” olmaq lazımdır?

Maraqlı məqam odur ki, bəzi qadınlar kirayə ev axtararkən şəxsi həyatları ilə bağlı suallarla da qarşılaşırlar.

“Evlisiniz?”, “Nişanlınız var?”, “Tək qalacaqsınız?”, “Ailəniz haradadır?”, “Niyə tək yaşayırsınız?” kimi suallar mənzil axtarışının bir hissəsinə çevrilir. Halbuki mənzil kirayələmək istəyən şəxsin əsas məsələsi müqavilənin şərtləri, ödəniş qabiliyyəti və mənzildən istifadə qaydaları olmalıdır. Azərbaycanın “Gender bərabərliyinin təminatları haqqında” qanununda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının qadağan edildiyi və qadınlarla kişilər üçün bərabər imkanların yaradılmasının dövlət tərəfindən təmin edildiyi qeyd olunur. Qanunun 15-ci maddəsində isə mülkiyyət hüququnun həyata keçirilməsi üçün kişi və qadınlara bərabər imkanların yaradılması nəzərdə tutulur. Bununla belə, konkret kirayə münasibətində “tək qadına ev vermirəm” halı hüquqi baxımdan avtomatik olaraq qanun pozuntusu sayılmır.

Təhlükəsizlik məsələsi də qadınların qarşısında dayanır

Tək yaşayan qadınların problemi yalnız mənzil tapmaqla bitmir. Mənzil tapdıqdan sonra onun təhlükəsizliyi, binanın yerləşdiyi ərazi, gecə saatlarında evə qayıtmaq, qonşular və ev sahibinin davranışı da önəm qazanır. Xüsusilə gec saatlarda işləyən qadın üçün ucuz, lakin şəhərin kənarında yerləşən mənzil ilə iş yerinə yaxın, təhlükəsiz ərazidəki daha bahalı mənzil arasında seçim etmək məcburiyyəti yaranır. Bu baxımdan tək qadın üçün ucuz ev həmişə real olaraq daha sərfəli seçim olmur.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri