Icma.az
close
up
RU
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub

Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 aprel, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində İsveçdə yaşayan həmyerlimiz, vətənpərvər yazıçı, publisist Eluca Atalının yaradıcılıq gecəsini keçirib.

MKS-dən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Müstəqil və suveren dövlətimiz xalqımızın tarixi nailiyyətidir” adlı videoçarx nümayiş olunub.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxış edərək bildirib ki, yazıçının əsərləri bir çox dillərə tərcümə edilib, Azərbaycan, Türkiyə, Rusiya, Amerika, İngiltərə, Almaniya, İsveç, İran, İraq, Hindistan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaraqalpak Respublikası və digər ölkələrdə çap olunub.

Digər natiqlər də E.Atalının yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Neftçala rayonunun Xolqaraqaşlı kəndində dünyaya göz açan yazıçı Eluca Atalı hazırda Stokholmda yaşayıb yaradır. O, əlliyə yaxın kitabın müəllifidir.

Yazıçı Eluca Atalıya Dədə Qorqud Fondunun və M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim edilib.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxana və 1, 2, 4 nömrəli kitabxana filiallarının təşkilatçılığı ilə Eluca Atalının əsərlərinə dair keçirilmiş inşa və esse müsabiqəsinin qalibləri elan edilərək, mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

Sonda yazıçı kitablarını imzalayaraq oxuculara hədiyyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri