Icma.az
close
up
RU
Yazıçı publisist, politoloq Reyhan Mirzəzadənin yaradıcılıq gecəsi keçirildi

Yazıçı publisist, politoloq Reyhan Mirzəzadənin yaradıcılıq gecəsi keçirildi

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, AYB-nin və Mahmud Kaşqari adına Beynəlxalq Fondunun təşkilatçılığı ilə yazıçı-publisist, politoloq, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin ədəbi-bədii formatda yaradıcılıq gecəsi keçirildi.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir müəllifi təbrik etdi və bildirdi ki, xalqlar arasında mədəni əlaqələrin genişlənməsində ədəbiyyatın, sözün, şeirlərin böyük rolu var. Poeziya, ədəbiyyat sülhün rəmzi olmuşdur.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çoxsaylı kitabların, qəzet və jurnalların müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadənin yaradıcılıq yolundan ətraflı məlumat verərək qeyd etdi ki, R.Mirzəzadə yaradıcılığa başlayanda yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edib. Və müəllif ilhamlanaraq bu yola çıxıb və çoxsaylı kitablar yazıb. O qeyd etdi ki, R.Mirzəzadənin yaradıcılığının böyük hissəsi rus klassiklərinin həyat və yaradıcılığının araşdırmasına həsr olunub.

Xalq yazıçısı Natiq Rəsulzadə çıxışında Reyhan Mirzəzadənin çox çətin işin öhdəsindən gəldiyini dedi. Xalq yazıçısı qeyd etdi ki, S.Yeseninin həyat və yaradıcılığından yazmaq asan iş deyil. Çünki, onun yaradıcılığı çoxşaxəlidir. O bildirdi ki, Əliağa Kürçaylı S.Yesenini tərcümə edəndə mən də onunla birlikdə işlədim.

Xalq yazıçısı Çingiz Abdullayev Reyhan Mirzəzadəni təbrik etdi və S.Yeseninin xatirəsini yad etdikləri üçün hamıya təşəkkür etdi.

Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov tədbir iştirakçılarını salamladı və R.Mirzəzadənin gördüyü işləri təqdirəlayiq hesab etdi. S.Yeseninin həyatı və yaradıcılığı haqqında qısa məlumat verdi.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin baş müşaviri Valeri Korçagin bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev tədbirin təşkilatçılarına təşəkkür etdi və S.Yesenin haqqında məlumat verdi.

Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev tədbir iştirakçılarını salamladı bildirdi ki, R.Mirzəzadə çox dərin tədqiqatçıdır. O qeyd etdi ki, S.Yesenin Azərbaycana bağlı olub və 30 ildə ölməzlik qazanıb.

Rus icmasının sədr müavini Lyubov Yakunina tədbir iştirakçılarını salamladı, R.Mirzəzadəyə təşəkkür etdi və S.Yesenin Bakı dövrü haqqında maraqlı məlumat verdi.

Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova bildirdi ki, R.Mirzəzadə çox həvəslə, məhəbbətlə çalışır, onun kitabları bir-birindən gözəl və professional yazılıb. Qeyd etdi ki, dahi insanlar heç vaxt unudulmur S.Yesenin də onlardan biridir. S.Yesenin 30 illik ömründə böyük şöhrət qazanıb, onun lirikasında səmimiyyət var.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin İnformasiya təminatı sektorunun müdiri Fariz Yunisli R.Mirzəzadənin rus ədəbiyyatı ilə bağlı apardığı araşdırmaların köklü ənənələr üzərində bərqərar olunduğunu bildirdi. O qeyd etdi ki, onun araşdırmalarında milli qatlar var və Azərbaycan mədəniyyətinə böyük önəm var.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva Reyhan Mirzəzadənin kitablarının hər birini mütaliə etdiyini dedi. Bildirdi ki, R.Mirzəzadə araşdırmalarında sənədlərə tarixi faktlara əsaslanır. Son kitabı da Azərbaycan milli ruhunu özündə ehtiva edən əsərdir.
Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev Ə.Vahid və S.Yeseninin görüşündən maraqlı faktlar danışdı.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları, Xalq artisti Lyudmila Duxovnaya, Əməkdar artist Firdovsi Atakişiyev və gənc aktyor Mirzəağa Axundzadə, “Gənc şairlər” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazarlar Təşkilatının üzvü Lalə Həsənova, Məsumə Qasımova, Samirə Şıxıyeva, Marina Kolomazova, Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova, Nizami rayon 10 №-li tam orta məktəbin şagirdləri Şükriyə Məmmədli, Cahid və Fəxri Ağalarovlar şeirlər söylədilər.
Yaradıcılıq gecəsində Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin üçüncü katibi Mehranger Sattorova, şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Oktyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri