Icma.az
close
up
RU
Bakıda yeni elektrik deposu və metro stansiyası tikilir VİDEO

Bakıda yeni elektrik deposu və metro stansiyası tikilir VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yeni tikiləcək 10 stansiyanın yerlərinin dəqiqləşdirilməsi mərhələsi başlayıb. Hələ ki, 2 stansiyanın yeri tam dəqiqləşdirilib”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov “Dərnəgül” elektrik deposuna təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən, paytaxtın 2025-2030-ci illər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində səhmdar cəmiyyəti tərəfindən bir sıra işlər görüləcək:

“Media və əhalini maraqlandıran əsas suallardan biri də, məhz yeni tikiləcək 10 stansiyanın harada yerləşməsidir. Bununla bağlı layihə artıq başlayıb. Əsas hədəflərimiz – stansiyaların keçidlərinin yerləri, stansiya yolları, yeraltı trastları müəyyən etməkdən ibarətdir. 10 yeni açılacaq stansiyalardan hələ ki, yeri tam dəqiqləşən 2 stansiya var: bunlar Ağ şəhərdə və NZS qəsəbələrində açılacaq stansiyalardır. Bu stansiya eyni zamanda metropolitenin xətlərinin ayrılmasına da öz tövhəsini verəcək.

Səhmdar cəmiyyətinin Tikinti layihələrin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib ki, hazırda inşasına başlanan obyekt təkcə elektrik deposu kimi fəaliyyət göstərməyəcək:

“Bu həm də yeni stansiyanın açılışı deməkdir. Bakıda sayca 3-cü yerüstü stansiya fəaliyyətə başlayacaq. Ərazidə metro çıxışlarının, yəni yeraltı keçid funksiyasını daşıyacaq nöqtələrin də tikintisi nəzərdə tutulub. Bununla da vətəndaşlar Abay Kunanbayev küçəsindən digər istiqamətlərdə keçidlərlə hərəkət edə biləcəklər. Metropolitenin işçiləri üçün istirahət zonaları, futbol meydançaları və söhbətgah da tikiləcək”.

“Bakı Metropoliteni” QSC-nin Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva tikinti və abadlaşdırma işləri ilə ərazinin ekoloji vəziyyətinin müsbətə doğru dəyişəcəyini deyib:

“Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçirilir. Depo ərazisində hazırda 465-ə yaxın ağac var, bəzi ağacların köçürülməsi nəzərdə tutulub. Depo ərazisində 1000-ə yaxın yeni ağac əkiləcək, yaşıllıqlar salınacaq və görüləcək ekoloji tədbirlərin ətraf mühitə müsbət təsirləri mütləq şəkildə nəzərə alınacaq. Həm inşaat müddətində, həm də sonrakı istismar dövründə sakinlərə narahatlıq yarada biləcək halların qarşısımütləq şəkildə alınacaq”.

Media-turda iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı “Dərnəgül” elektrik deposunun şəhər nəqliyyatında vacib funksiyanı öz üzərinə yetirəcəyini vurğulayıb:

“Binəqədi rayonunda bu elektrik deposunun tikintisi həm də yeni metro stansiyasının olacağını göstərir. Məhz bu nöqtədə metronun yaşıl və qırmızı xətləri bir-birindən ayrılacaq. Bu paytaxt metrosunda ilk dəfə baş tutacaq. Uzun müddətdir bu təkliflə çıxış edirdik. Artıq Bakıda ilk dəfə bu təcrübəni yaşayacağıq. Xətlərin ayrılması qatarların intervalının azalmasına səbəb olacaq. Depolarda qatarlar xəttin sonuna qədər gedir, sonra sükan dərhal geriyə hərəkət edir. Artıq qatarların geriyə hərəkətinə ehtiyac olmayacaq. Geniş depo ərazisi sayəsində qatarlar hərəkətdə ikən geri istiqamətdəki stansiyalara doğru irəliləyə biləcək. Gələcəkdə digər xətlərin də ayrılması nəzərdə tutulur. Bu, həm də cənab Prezident İlham Əliyevin sərəncamı əsasında layihələndirilir”.

Qeyd edək ki, Yeni “Dərnəgül” elektrik deposu Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126–3127-ci məhəlləsində yerləşən 16,5 hektara yaxın ərazidə inşa olunur. Sahə dəmir yolu xəttinə çıxışı da əhatə etməklə hasarlanıb. Ərazinin mürəkkəb və müxtəlif relyef xüsusiyyətləri nəzərə alınaraq istinad divarlarının dəmir-beton konstruksiyalarının tikintisi tamamlanıb. Üç nəzarət-buraxılış məntəqəsindən ikisi tam hazır vəziyyətə gətirilib. Depolar üçün vacib sayılan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə artıq 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri