Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.
"APA-Economics" bu barədə “AzərEnerji” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.
Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
“Eyvazlı” SES “AzərEnerji” tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.
Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz “yaşıl enerji”nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















