Bakıda Yeni il yarmarkaları təşkil ediləcək? Rəsmi AÇIQLAMA
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni il ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, xüsusilə də süni qiymət artımının qarşısının alınması məqsədilə hər il Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunur.
Hansı ki, istehlakçılar bu yarmarkalarda həm müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını, həm də yeni il aksesuarlarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz əldə edə bilirdilər. Maraqlıdır ki, mağazalar bayrama hazır olsa da, paytaxtda yeni il yarmarkalarına hələki rast gəlinmir.
Xatırladaq ki, ötən il də yeni illə əlaqədar bayram yarmarkaları təşkil olunmamışdı.
Bəs bu il necə olacaq?
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il də yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 Noyabr 2024 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















