Bakıda yeniyetmə qız itkin düşdü
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri Xətai rayonunda yeniyetmə qız itkin düşüb.
Modern.az xəbər verir ki, Məhəmməd Hadi küçəsində yaşayan İ.Zərbiyev Xətai RPİ-nin 36-cı Polis Şöbəsinə müraciət edərək onunla eyni ünvanda yaşayan 2008-ci il təvəllüdlü dayısı qızı J.Abuşovanın itkin düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, qohumu noyabrın 20-si səhər saatlarında evi tərk edib və geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.

