Icma.az
close
up
RU
Nigar Camal 45 yaşında!

Nigar Camal 45 yaşında!

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Nigar Camal 45 yaşında!

Avroviziya qalibimiz Nigar Camalın yubileyidir.    

OLAY yazır ki, bir neçə aydır sosial medianın trendində olan müğənninin 45 yaşı tamam olur.    

Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. O, 2011-ci ildə Eldar Qasımovla birlikdə “Ell & Nikki” dueti olaraq “Running Scared” mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində qalib gələrək Azərbaycanın bu müsabiqədə ilk qələbəsini qazandırıb.  

Nigar 1997-ci ildə Xəzər Universitetinin “İqtisadiyyat və Menecment” fakültəsinə daxil olmuş və 2001-ci ildə məzun olmuşdur. Uşaqlıqdan musiqiyə marağı olan Nigar 1985-1986-cı illərdə uşaq solist ansamblının üzvü olmuş, 1988-1996-cı illərdə isə musiqi məktəbində təhsil almış və bir sıra mahnılar bəstələmişdir.    
2005-ci ildə Nigar Camal əslən Kiprdən olan Haluk Camal ilə ailə həyatı qurub və Londona köçüb. Bu nikahdan iki qız övladı – Jasmin (2006-cı il təvəllüdlü) və Saida (2008-ci il təvəllüdlü) dünyaya gəlib. 2014-cü ildə həyat yoldaşından ayrılıb və Azərbaycana qayıdıb.    
Nigar Camal münsif kimi müxtəlif musiqi layihələrində iştirak edib. Məsələn, “X Factor”da münsiflər kürsüsündə əyləşib. Bundan əlavə Nigar ölkəmizdə ilk dəfə yayımlanan, beynəlxalq layihə olan “Maska şou”da jüri olub.  
Türkiyədə bir neçə layihə təqdim edən Nigarın Dima Bilanla “Obnimi menya” dueti çox sevilənlər sırasındadır.

Onun mərhum Əməkdar artist Aygün Bəylərlə “Nəfəsim qəlbim” klipi 10 milyon baxış yığıb. Nigar həmçinin Vətən müharibəsindən sonra A. Bəylərlə “Şəhidlər” adlı mahnısını təqdim edib. Nigar “DreamFest” Beynəlxalq Musiqi Festivalında Eldarla birgə aparıcılıq edib.    
Nigar həm də yumoristik çıxışları ilə yadda qalır. Onun komplekssiz açıqlamaları, hələ yerli şou-biznes üçün iki-üç ölçü böyük olsa da, Nigarın fikirləri maraqla qarşılanır.

Bəzən adi bir məsələdə xaos ehtiyacımızı qarşılan N. Camalın qalmaqal yaşadığı şəxslərə cavabları da gündəm olur…

Son bir neçə aydır “Matanı” rəqsi ilə trenddə olan Nigar haqda saysız mem videolar çəkilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:1023
embedMənbə:https://olay.az
archiveBu xəbər 07 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri