“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ” ÇL-də start ərəfəsində mərkəz hücumçusu transfer edə bilmədi. Buna görə sosial şəbəkələrdə azarkeşlər klubu “tənqid atəşinə tutub”. Əlbəttə, haqlı tənqidlər də var, haqsızlar da.
Bəs “Ferentsvaroş”la oyundan əvvəl transfer edilmədiyinə görə klubu qınayan “İmarət” indi nə düşünür? “Football-plus.az” sualı fanklubun rəhbərlərindən Elnur Quliyevə ünvanladı:
“Hücumçu alınsaydı, yaxşı olardı, bunu gözləyirdik. Sambunu xüsusi ilə istəyirdim. Videolardan baxmışdım, həm keyfiyyətli, həm də yaşı az olan hücumçudu. Deyəsən, sonuncu turda da qol vurub. Məsələ odu ki, gələn hücumçu bəlkə ümidləri doğrultmayacaqdı, böyük pullar verəcəkdilər, uğursuz olacaqdı? Bəlkə Musa, Nəriman qədər komandaya xeyir verməyəcəkdi? “İmarət Tayfa”ya və digər azarkeş qruplarına – qəlbində əsl “Qarabağ” sevgisi olanlara bu çox da təsir etmir. Amma digər azarkeşlərə çox təsir edib. Tənqidlər var komandaya. Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...”
MÜZƏFFƏR QULUZADƏ


