Icma.az
close
up
RU
Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında

Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il oktyabrın 2-də saat 14:00 radələrində paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Yasin Mirzəyev həmyaşıdı Həsən Qurbanovu kəsici alətlə qətlə yetirib.

Dövlət ittihamçısı bildirib ki, qətlə yetirilən Həsən Qurbanov məktəblidir və hadisə də oxuduqları orta məktəbin yaxınlığındakı qəbiristanlıq ərazisində baş verib.

Təqsirləndirilən Yasin Mirzəyev özünü cinayət işi üzrə təqsirli bilib.

Daha sonra təqsirləndirilən Yasin Mirzəyev ifadə verib.

O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında "WhatsApp" qrupunda mübahisələri düşüb:

"Mübahisə baş verən günün səhəri məktəbin çıxışına mübahisəni həll etməyə çalışdıq. Yanlarında 5-6 nəfər var idi. Salamlaşdıq. Dedim ki, aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıq tərəfdə söhbət etməyi təklif etdi. Orada mübahisə yarandı. Əlirza və Həsən arasında dava düşdü. Orada Həsən söyüş söydü. Mən bıçaq çıxaraq onu ayağında vurdum. Bıçaq əlimdən düşdü. Qan görmədim. Bıçağı götürüb ikinci zərbəni vurandan sonra uşaqlar qaçdı. Mənimlə Həsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Amma qaçmadım. Əvvəlcə nə edəcəyimi bilmədim. Sonra ətrafdakılardan kömək istədim".

Təqsirləndirilən şəxs bildirib ki, Əlirza ilə Həsən əvvəlki günlərdə də mübahisə edib: "Biz də onların yanında olmuşduq. Onlar arasında mübahisəyə aydınlıq gətirmək olub. Mənim məqsədim dava etmək yox, onlar arasında olan problemi həll etmək olub. Üzərimdə bıçaq həmişə olub. Normalda bıçağı üzərimdə gəzdirməkdə məqsədim olmayıb, amma həmin gün söhbətə görə bıçağı götürmüşdüm. Birinci mübahisəni Həsən edib. Həsən Əlirzanı vururdu. O isə Həsəni vura bilmirdi. Çünki zəif uşaq idi".

Təqsirləndirilən şəxs zərərçəkən şəxsin ailəsindən üzr istəsə də, ailə bunu qəbul etməyib və ona ən ağır cəzaının verilməsini istəyib.

Məhkəmənin növbəti iclası 14 aprelə təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri