Bakıda qəbiristanlıqda həmyaşıdı öldürən yeniyetməyə HÖKM OXUNDU
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q-nin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.M-in aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 İyun 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















