Icma.az
close
up
RU
Bakıda yerli istehsal dərman sənayesinin inkişafına dair görüş keçirilib

Bakıda yerli istehsal dərman sənayesinin inkişafına dair görüş keçirilib

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

MÜSİAD Azərbaycan İctimai Birliyi və Əczaçılar Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə Balaxanı Sənaye Parkında dərman sənayesi və köməkçi sənayenin inkişafına həsr olunmuş görüş keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə dərman istehsalı və yan sənaye məhsullarının istehsalı ilə bağlı müxtəlif məsələlər müzakirə edilib. Tədbirdə tərəfdaş qurumların nümayəndələri və sahə üzrə fəaliyyət göstərən bir sıra yerli şirkətlərin rəhbərləri iştirak ediblər. 

Tərəfdaşlar arasında "MÜSİAD Azərbaycan" İctimai Birliyinin sədri Rəşad Cabirli, “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyadov, KOBİA-nın Bakı və xüsusi zonalar üzrə koordinatoru Vüsal Qasımov və eyni departamentin KOB dostu İlkin Mikayılov yer alır. Balaxanı Sənaye Parkını isə sahə rəisi Fariz Əhmədov təmsil edir. Həmçinin görüşdə MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən yerli istehsalçılar, Əczaçılar Klubu İctimai Birliyi tərəfindən isə dərman sənayesi firmaları iştirak edib.

Görüş zamanı Azərbaycanın dərman istehsalı sektorunun mövcud vəziyyəti, potensial imkanları və inkişaf perspektivləri ətraflı şəkildə təhlil edilib. Xüsusilə, yerli bazarın kiçikliyi və rentabelliyi məsələsi gündəmə gətirilib. Bu çərçivədə kiçik və orta bizneslərin inkişafını təşviq etmək məqsədilə "KOB Klasteri" modelinin tətbiqi təklif olunub. Bu istiqamətdə dövlət dəstəyi və təşviqlərin təmin olunmasının vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları həmçinin dərman sənayesi üçün zəruri olan yan sənaye məhsullarının müəyyənləşdirilməsi və bu ehtiyacların yerli istehsalla qarşılanması məsələsini müzakirə ediblər. Gələcəkdə müvafiq strategiyaların işlənib hazırlanması üçün müvafiq şirkətlərlə iclasların təşkil edilməsi qərara alınıb.

Dərman sənayesinin ölkənin iqtisadi və sağlamlıq sektorundakı strateji əhəmiyyəti xüsusi vurğulanıb. Bu görüş, əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, yerli istehsalın dəstəklənməsi və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli bir addımdır.

MÜSİAD Azərbaycan və Əczaçılar Klubu bu istiqamətdə gələcək əməkdaşlığı daha da genişləndirmək və sektorun davamlı inkişafını təmin etmək məqsədilə fəaliyyətlərini davam etdirməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri