Icma.az
close
up
RU
Turizm sənayesinin inkişafına stimul...

Turizm sənayesinin inkişafına stimul...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kazino vergi daxiolmalarını artrırır

Məlum olduğu kimi “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna, eləcə də Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə və digər qanunvericlik aktlarına edilmiş dəyişikliklərə əsasən, Xəzərdə yaradılmış süni adalarda kazino fəaliyyətinə icazə verilir. Hazırda Nazirlər Kabineti həmin qanunlardan irəli gələn məsələləri həll etmək məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır. Bu o deməkdir ki, müvafiq hüquqi mexanizmlər yekunlaşdıqdan sonra yaxın aylarda Azərbaycanda da kazino fəaliyyəti təmin olunacaq. 

Qanunvericilik vəzifə və öhdəliklərini və məsuliyyət tədbirlərini müəyyən edir

Təbii ki, kazino sənayesinin fəaliyyəti ölkənin qanunvericiliyinə, nəzarət mexanizmlərinə və iqtisadi strukturizasiya məsələlərinə uyğun nizamlanır. Kazinoların fəaliyyətinə bütün ölkə ərazisində deyil, süni yaradılmış adalarda icazə verilir ki, bu da əhalinin sıx məskunlaşdığı şəhər mərkəzi və ətraf ərazilərdə kazino oyunlarının təşkilini qadağan etməklə insanların bu sahəyə cəlbinə imkan verməyəcək. Süni adalara əsas etibarilə xarici turistlər, xüsusi olaraq qumar-mərc oyunlarına həvəs və marağı olanlar axın edir ki, bu kütləvilik kəsb etmir və ictimai-mənəvi baxımdan cəmiyyətdə neqativ hal ayaradan amil sayıla bilməz. 
Statistika göstərir ki, kazino istifadəçilərinin təxminən 95 faizi adətən qeyri-ölkə vətəndaşları olur və bu cəhətdən də Azərbaycan kazinoları müştəri qismində əsasən xariciləri qəbul edəcək və orada öz vətəndaşlarımızın olması çox məhud sayda mümkündür.
Digər tərəfdən qanunvericilik kazino fəaliyyəti ilə məşğul olacaq hüquqi şəxslərin vəzifə və öhdəliklərini müəyyənləşdirir və bu sahə xüsusi icazə (lisenziya) ilə tənzimlənir. Bu o deməkdir ki, kazino fəaliyyəti dövlətin sərt nəzarəti altında diqqətdə saxlanılacaq, bu prosesdən təsadüfi adamların, işbaz və sırf qazanc məqsədi güdən şəxslərin faydalanması mümkün olmayacaq. Həmçinin, qanunda hansısa ictimai qaydaların pozulması, cəmiyyətə zərəverici halların meydana çıxması müşayiət edildiyi təqdirdə hüquqpozmalara qarşı ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək. 
Dünya təcrübəsi göstərir ki, düzgün tənzimləmə ilə kazinolar təkcə iqtisadiyyatın böyüməsinə kömək etmir, həm də “kölgə qumar” biznesinə qarşı effektiv mübarizə aparmağa, cinayət gəlirlərinin yuyulmasını məhdudlaşdırmağa və həssas vətəndaş kateqoriyalarını qorumağa yardım göstərir. Bu nümunələr fonunda Azərbaycanda kazino fəaliyyətinin leqallaşdırılması ideyası dövrün tələbi kimi anlaşılmalıdır. 

Leqal kazinoların iqtisadi potensialı

Kazino fəaliyyətinin bəzi kəsimlərdə qısqanclıq yaratmasına gəlincə, anlamaq lazımdır ki, bu fəaliyyət sahəsi sırf turizm məqsədlərinə xidmət edir və xarici səyahətçilərin üz tutduğu ölkələrdə ən çox həvəs göstərdiyi məkanlardan biri kazinolardır. Dünyanın bir çox ölkəsində leqal kazino biznesi çoxdan müasir iqtisadiyyatın bir hissəsinə çevrilib - əhəmiyyətli vergi gəlirlərinin mənbəyi, turizm sektorunun hərəkətverici qüvvəsi və infrastrukturun inkişafı üçün stimul rolunu oynayır. Hazırda dünyanın 160-a yaxın ölkəsində leqal şəkildə işləyən kazinolar var və həmin ölkələrin turizm sektorunda kazino seqmenti ümumi səyahətçilərin təxminən 20-30 faizinin iştirakını nəzərdə tutur. Qonşu Gürcüstanda, Batumidə kazino fəaliyyəti turistlərin ən çox axın etdiyi məkanlardandır. Eyni zamanda, turist şirkətlərinin, hotel və əyləncə mərkəzlərinin, iaşə obyektlərinin qazancının əhəmiyyətli hissəsi bu bölmdən formalaşır. Ümumilikdə, təkcə Batumidə turizm sektoru kazinolardan təxminən 30 milyon dollara yaxın vergi cəlb edir. Çində xüsusi iqtisadi azad ərazidə yaradılmış  Makaoda fəaliyyətinə icazə verilmiş kazinolardan gələn gəlirlər şəhər büdcəsinin 80 faizini təşkil edir. Sinqapur, Monako, Amerika (əsasən Las-Veqas), Kamboca də digər dövlətlərdə də kazinolar turizm gəlirlərinin böyük bir hissəsini təşkil edir. Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard dollar civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. 

Azərbaycana turist axını kazinoların fəaliyyətini labüdləşdirib

Bu baxımdam turizmi qeyri-neft sektorunun əsas sahələrindən biri kimi müəyyən etmiş Azərbaycanda bu fəaliyyət növünün yaradılması başadüşüləndir. Çünki son illərdə turistlərin ölkəmizə axını sürətlə artır, müxtəlif regionlardan, o cümlədən Avropa və Asiyadan gələn qonaqların say və coğrafiyası genişlənir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Qonaqların 25,8 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16,0 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artıb. 

Hotel, restoran, nəqliyyat və digər xidmət bölmələrinin inkişafında motivasiya

2024-cü ilin birinci yarısında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artıb. Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Avropa, Asiya və MDB ölkələrindən gələnlərin sayında atımlar baş verir. Bu turizm sektorunun inkişafında yeni çağrışları daha da aktuallaşdırır və turizm xidmətlərində həvəskar oyun sahələrindən biri kimi kazinoların da işə düşməsini labüdləşdirir. Ona görə də, turizm sektorunun tələbatlarını və ölkəmizin dünyəvi dövlət kimi turizm sənayesi quruculuğunda müasir xidmət çeşidlərinə üstün yer verməsini nəzərə alaraq kazino  fəaliyyətinin məhdud bir çərçivədə təmin edilməsi qlobal ehtiyac kimi də səciyyələndirilə bilər.
Digər bir amil ondan ibarətdir ki, kazino biznesinin iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır, kazino sənayesi investisiya və turizm gəlirləri baxımından gəlir gətirən sahə sayılır. Həmin sahə turizmin inkişafı ilə paralel olaraq hotellər, restoranlar, nəqliyyat və digər xidmət bölmələrinin işini də təşviq edir, dividentgətirmə əmsalını artırır. 
Kazinoların fəaliyyəti dövlət büdcəsinə əlavə vergi gəlirlərinin daxil olmasına da imkan yaradacaq. Belə ki, hazırda xüsusi lisenziya ilə tənzimlənən qumar-mərc oyunları dövlət nəzarəti altında dövriyyədən alınan vergilərin büdcəyə daxil olmasınd amühüm rol oynayır və hər il bu gəlirlər artır. Həmin vəsaitin bir hissəsi söszüz ki, sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilir. Ona görə də, lisenziya ilə fəaliyyəti tənzimlənəcək kazino oyunlarından daxil olan vergi və gəlirlər də ölkəmizdə mühüm ehtiyac duyulan sahələrdə ehtiyacların ödənilməsinə yönəldilməklə dövlətin xərc yükünü azaltmış olacaq. 


E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri