Bakıda yolnəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb FOTOLAR
Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şossesində baş verib.
Belə ki, “Daewoo” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərəklə avtomobilini eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbənin gücündən “Mercedes” markalı avtomobil yol kənarına aşıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:57
Mənbə:https://cebheinfo.az