Bakıda zədələnən fransalı cüdoçu xəstəxanadan buraxıldı
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Fransalı cüdoçu Sara-Leoni Sizik Bakıda keçirilən dünya çempionatında ağır zədə aldıqdan sonra yerləşdirildiyi xəstəxanadan buraxılıb.
İdman.Biz xəbər verir ki, idmançı 57 kq çəki dərəcəsində yarımfinal görüşündən sonra təcili tibbi yardım maşını ilə aparıldığı “Leyla Medical Center”də müayinədən keçib.
Xatırladaq ki, insident bir gün əvvəl Sizikin yaponiyalı Akari Omori ilə görüşündə baş verib. Rəqibinin fəndindən sonra fransalı cüdoçu əvvəlcə çiyinləri, daha sonra isə başı ilə tatamiyə uğursuz şəkildə düşüb. 28 yaşlı idmançı xərəkdə zaldan çıxarılaraq klinikaya aparılıb.
Sizik xəstəxanada kompüter tomoqrafiyası və MRT müayinələrindən keçib.
Fransa Cüdo Federasiyasının məlumatına görə, müayinələrin nəticələri ürəkaçan olub və gecə saatlarında idmançıya milli komandanın otelinə qayıtmağa icazə verilib. Hazırda o, Fransa millisinin həkiminin nəzarəti altındadır.
Yaxın 48 saat ərzində Sizikin vəziyyəti yenidən qiymətləndiriləcək. Bundan sonra tibbi heyət onun oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında iştirak edib-etməyəcəyinə qərar verəcək. Bu yarış Bakıda təşkil olunan dünya çempionatının proqramı bununla da başa çatacaq.
Zədə səbəbindən fransalı cüdoçu bürünc medal uğrunda görüşə çıxa bilməyib. Medal görüş keçirilmədən xorvatiyalı Ana Viktoriya Pulizaya verilib.
Sizik Fransa qarışıq komandasının heyətində ikiqat olimpiya çempionudur. O, Tokio və Paris Olimpiya Oyunlarında qızıl medal qazanıb. Bundan əlavə, fərdi yarışlarda 57 kq çəki dərəcəsində 2020-ci il Olimpiadasının gümüş, 2024-cü il Olimpiya Oyunlarının isə bürünc medalçısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Oktyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















