Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 oktyabr, AZƏRTAC
Final qarşılaşması çox çətin keçdi. Məğlub olduğum üçün məyusam. Düşünürəm ki, yaxşı mübarizə apardım. Amma cüdoda bir epizodda səhvə yol vermək belə, görüşün taleyini həll edə bilər. Buna görə məyus olsam da, yenidən dünya çempionatının mükafatçıları sırasında yer aldığım üçün sevincliyəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanan fransalı cüdoçu Romana Diko deyib.
Azərbaycan haqqında da fikirlərini bölüşən idmançı ölkəmizi və Bakını çox sevdiyini vurğulayıb. O, çempionatın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Hər şey möhtəşəm idi. Azərbaycanı, Bakı şəhərini çox sevdim. Yarış zamanı arenada çoxlu azarkeş var idi. Uşaqlar şəkil çəkdirmək, avtoqraf almaq istəyirdilər. Mənim üçün çox gözəl çempionat oldu”.
Müxbir – Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Oktyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















